Mündəricat
1.Giriş
2. Texnoloji sxemlər (PFDs)
3. Texnoloji , NÖC və Avtomatika sxemləri(P&IDs)
4.Prinsipial sxemlər(Loop sheets)
5. Funksional sxemlər
6. NÖC və A vasitələrinin və proses avadanlıqlarının simvolları
2
1.Giriş
Hər bir elm sahəsi özünün predmetinə aid olan obyekt, proseslərin və onlar arasında
əlaqələri qrafik təsvirini vermək üçün standart metod və yollardan istifadə edir.
Avtomatlaşdırma sahəsi də istisna deyildir. Avtomatik nəzarət və idarəetmə sistemləri
yaradılarkən beynəlxalq standartlar vasitəsilə qəbul edilmiş simvol və şərti işarələrdən
istifadə etməklə idarəetmə prosesinin , NÖC vasitələrinin və onlar arasında əlaqənin qrafiki
təsvirini sxem və ya diaqramlar vasitəsilə ifadə etməklə yaradılır.Bu sahədə əsasən 3 tip
diaqramlardan istifadə olunur:
➢ Texnoloji sxem (PFDs)
➢ Texnoloji və NÖC və Avtomatika sxemləri(P&IDs)
➢ Prinsipial sxemlər(Loop sheets)
➢ Funksional sxemlər
2. Texnoloji sxemlər (PFDs)
Müəssisənin NÖC və A strukturununun yuxarı pilləsinin mütəxəssislərini texnoloji prosesin
getdiyi avadanlıqlar və onlar arasındakı fiziki əlaqə(mayenin axması , qazın ayrılması və s)
daha çox maraqlandırır. Belə əlaqələrin təsvir olunduğu sxem texnoloji sxemlər adlanır. Bu
Sxemlərə misal olaraq aşağıdakı şəkli göstərə bilərik.
Bu qrafikdən texnoloji prosesin hansı ardicillıqla , necə getdiyini və avadanlıqda
quraşdırılmış NÖC vasitələri barədə ümumi məlumat almaq mümkündür. Şəkildən
3