Yaradılacaq bu avtomatik nəzarət və idarəetmə sisteminin quraşdırılması üçün prinsipial
sxemlərdən (loop diagrams) istifadə olunur. Buna misal olaraq aşağıdakı şəkli göstərə
Bu sxemdə NÖC vasitələrinin ölçü hədləri, siqnal kabellərinin nömrələri, çıxış siqnalları ,
birləşmə qaydaları və s. daha detallaşdırılmış məlumatlar təsvir edilmişdir.
5. Funksional sxemlər
Funksional sxemlərin məqsədi isə yaradılacaq idarəetmə sisteminin strategiyası-nı daha
dəqiq desək onun idarəetmə alqoritmini təsvir etməkdən ibarətdir.
5
Şəkil-3. Prinsipial sxemlər(Loop sheets
)
Funksional diaqramlara misal olaraq yuxarıdakı şəkildə təsvir olunmuş prosesi göstərə
bilərik. Bu prosesdə sərfölçən cihaz (FT) PİD kontrollerə siqnal göndərir. PİD kontroller
alınmış analoq siqnallarını konvert edərək emal edir və müvafiq çıxış siqnalını sərfi
tənzimləyən klapana (FCV) göndərir.
Funksional diaqramlar həmçinin idarəetmə strategiyasının müxtəlif dərəcəli xırdalıqlarını əks
etdirə bilir. Bunu aşağıdakı misalla izah edə bilərik. Biz bu şəkildə əlavə olaraq 1 transfer
blokunu (T) və 2 ədəd əllə sazlanma bloklarını görürük(Manual Adjusment). Operator bu
blok vasitəsilə kontrollerə tapşırıq qiymətinin verilməsini, avtomatik və əl rejimlərinin
seçilməsini, çıxış dəyişənlərinin idarə edilməsini həyata keçirə bilər.
Şəkil-5 b şəklində göründüyü kimi kvadratik bloklarda göstərilmiş ∆ P , İ , D simvolları
avtomatik funksiyaları, romb şəkilli bloklar isə əl rejimli funksiyaları təsvir edir.
Dostları ilə paylaş: