Yazılı nitqdə elmi, texniki, siyasi və başqa terminlər çox işlədilir.
Yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir.
Yazılı nitqdə intonasiya fasilə vurğu və s. şifahi nitq ünsürlərini əks etdirən durğu işarələrindən istifadə edilir.
Yazılı nitqdə mimika və jest əsas rol oynamır.
Yazılı nitq hər hansı məlumatın fikirlərin nəsildən – nəslə keçməsində əsas rol oynayır.
Monoloji nitq
Monoloji nitq
Monoloq danışanın öz – özünə müraciətlə söylədiyi nitqdir. Monoloji nitq hər hansı müəyyən bir ideya, fikir, məlum informasiya, xatirə və s. bir nəfərin ardıcıl, rabitəli, geniş və ya qısa nitqi kimi özünü göstərməlidir. Bu nitqdə fasilə sürət, ahəng, ton xüsusi rol oynayır. Buraya mühazirə, məruzə, məlumat, çıxış, məktub, məqalə və s. daxildir. Hər adam monoloji nitqə qabil deyil. Adamların çoxu rabitəli danışa bilmir. Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti tələb edir. Monoloji nitqin aşağıdakı növləri var: