NiTQİn düZGÜNLÜYÜ


Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır



Yüklə 31,25 Kb.
səhifə10/11
tarix03.12.2022
ölçüsü31,25 Kb.
#72138
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
NİTQİN

Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır. Natiq şərhində əsas məsələ üzərində xüsusi dayanmalı, söhbətin mahiyyətini dinləyiciyə çatdırmalıdır. Onun nəzərində tutduğu məsələdə ikinci dərəcəli fikirlər əsas fikrin izahına, anlaşılmasına kömək etməlidir. Amma bəzən nitqdə bu tələb gözlənilmir. Danışan mövzuda az əhəmiyyətli məsələlər üzərində daha çox dayanır, uzunçuluğa yol verir ki, belə nitqdə fikir zəif və natamam ifadə olunur. Əsas fikri çatdıra bilməyən natiqin nitqi, şərhi maraqsız olur, dinləyici belə söhbətdən tez can qurtarmağa çalışır.

  • Natiq öz sözü, cümləsi, düşüncəsi, üslubu ilə danışmalıdır. Özgə dili ilə, hazır cümlələrlə danışmaq nitqin keyfiyyətini aşağı salır, onu canlılıqdan məhrum edir. Natiq məlum olanları şərh etdikdə belə onları öz dili -ifadə tərzi ilə daha bitkin, daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır.

    NİTQİN ORİJİNALLIĞI. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması aşağıdakı amillərlə daha çox bağlı olur:

    1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü.

    2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü.

    3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq.

    4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib tapmaq və nitqini davam etdirmək.

    5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə istifadə edə bilmək.

    6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü, zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması.

    Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. Bədii təsvir vasitələrindən (məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s.; müxtəlif üslubi priyomlar — sözlərin təkrarı və ya buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi təsirli, parlaq, obrazlı etməklə bərabər, ona orijinallıq da gətirir. Həmin vasitələrdən nitqdə istifadə bacarığına yiyələnmək üçün natiq müntəzəm olaraq bədii əsərləri mütaliə etməli, yazıçı və şairlərin dilindəki natiqlik sənəti baxımından daha yararlı və münasib söz və ifadələrə, digər təsvir vasitələrinə diqqət yetirməli, onlardan yeri gəldikcə istifadə etməyə çalışmalıdır. Volterin təbirincə desək, “adamlar yaxşı yazıçıları mütaliə etdikcə, yaxşı danışmağa vərdiş edirlər”.

    Yüklə 31,25 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   11




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin