Nizami SÜleymanov


§ 8.4. Vergi və mükəlləfiyyətlər



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə43/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   55
DERSL-K-1501-1736

§ 8.4. Vergi və mükəlləfiyyətlər 
XV əsrdə olduğu kimi XVI-XVII əsrlərdə də vergi
müxtəlif rüsumlar dövlət xəzinəsinin əsas gəlir qaynaqlarından 
birini təşkil edirdi. Səfəvilər dövründə dövlətin əsas gəlir 
mənbələrindən birini təşkil edən vergi və mükəlləfiyyətlərin 
sayı Ağqoyunlu dövlətinkindən heç də az deyildi. Ağqoyunlu 
Qasımın 1498-ci ildə imzaladığı soyurqal bəxşisi haqqında fər-
manda müxtəlif qanuni və qeyri-qanuni rüsumlardan əlavə 31 
növ vergi və mükəlləfiyyətlərin adı çəkilmiş dir. I Şah İsmayılın 
hakimiyyətinin ilk dövründə, yanvar 1502-ci ildə imzaladığı 
fərmanda 32 növ vergi və mükəlləfiyyət göstərilmişdir. Fər-
manda malucəhət, ixracat, xariciyyət, ələfə, ulafə, qonalqa, 
ulağ, ulam, bigar, şikar, tərh, dəstəndaz, eydi-novruzi, rərpa-
reyi-pişkəş, savari, çerik, ona yarım, malıkanə, mühəssilanə, 
yüzədörd, sədrlik haqqı, vəzirlik haqqı, amillərin çalışma haqqı, 
verilmiş vədi yerinə yetirmək haqqı, darğalıq haqları, yetişdi-
rilmiş məhsulun qiymətini müəyyənləşdirmək və torpaq 
sahəsini müəyyən etmək haqqı, qala və keşikçıxana ixracatı, 
yüzə bir, yüzə iki və maluxaricə aid oluna biləsi digər divan 


186 
mükəlləfiyyətləri və şahlıq tələbatı adlı vergi və mükəl-
ləfiyyətlərin adı çəkilmişdir. 
Dövlət vergilərinin əhalidən düzgün şəkildə toplanmasına 
ciddi nəzarət edilirdi. Vilayət və mahallarda vergi yığılmasına 
məsul olan dövlət məmuru təhsildar adlanırdı. Təhsildarlar 
mərkəzi maliyyə idarəsinə tabe olub, bu orqanın qarşısında 
məsuliyyət daşıyırdılar. 
I Şah Təhmasib 1555/56-cı ildə ölkənin idarə edilməsi, 
ordu, hər bir bölgədən və usuldan alınacaq malcəhət və vücu-
hat, tiyulun miqdarı, ehdas (hadisə) haqqı və müttəhimlərdən 
alınacaq cərimələrin miqdarı haqqında qanun verdi. Dəstur-ül-
əməl adlanan bu qanun Uzun Həsənin Qanunnaməsi” əsasında 
hazırlanmışdı. Dəstur-ül-əməl qəbul edildikdən sonra şərti əsası 
olmayan vergilər, o cümlədən bazar, qaramal, otlaq sahələri 
üzrə vergilər ölkənin əsas bölgələrində ləğv edilmişdi. Həmin 
vergilər arasında yollarda ticarəıt karvanından hər il alınan, ümi 
miqdarı 1000 tümən olan tamğa vergisi də ləğv olunmuşdu. 
Ölkənin əsas bölgələrindən, xüsusilə əhalisi şiə olan 
bölgələrindən mal-i möhtərifə (sənətkarlardan alınan vergi), 
məvaşi (malqara), mərai (otlaq) üçün alınan vergilər də ləğv 
edilmişdi. Rəiyyətdən, o cümlədən kəndli və əkinçilərdən 
alınan vergilərin miqdarı da azaldılmış və vilayət hakimlərinin 
özbaşına olaraq normadan artıq vergi alması yasaq edilmişdi. 
Qeyd olunan dövrdə malcəhət (xərac) əsas vergi olub, 
torpağın münbitliyindən asılı olaraq məhsulun 1/5, yaxud 1/3 
hissəsini təşkil edirdi. Bağlardan yığılan məhsulun 1/10 həc-
mində bağbaşı, otlaqlardan istifadə əvəzində çobanbəyi, ordu-
nun ərzağı və atlarına verilən yem üçün ələfə və ülafə, nəq-
liyyat mülkiyyəti adı ilə ulaq, yol gedən elçi, qasid, məmura 
verilən yer və ərzaq üçün qonalgə vergiləri və bir sıra rüsumlar 
alınırdı.
Səfəvi dövlətində divan və xassə torpaqları şahın sərən-
camında idi. Dövlət (divan) torpaqları ayrı-ayrı vilayətlərə 
bölünmüşdü və xan titulu daşıyan hakimlər tərəfindən idarə 


187 
olunurdu. Dövlət və xassə torpaqlarının bir hissəsi şərti 
xarakterli tiyul və soyurqal şəklində müxtəlif rütbəli məmurla-
rın və yerli hakimlərin istifadəsində idi. Xassə torpaqları əsasən 
şah tərəfindən təyin olunan darğalar tərəfindən idarə olunurdu. 
Dövlət torpaqlarını idarə edən xanlardan və sultanlardan fərqli 
olaraq darğalar qoşun saxlamadıqlarına görə daha çox vergi 
ödəyirdilər. I Şah Abbasın həyata keçirdiyi aqrar siyasətində 
mərkəzə tabe olmayan feodalların bütün əmlakı müsadirə 
edilərək xassə əmlakına çevrilirdi. I Şah Abbas bu yolla xassə 
əmlakını genişləndirərək dövlətin gəlir qaynağını artırırdı. Bu 
siyasət Şah Səfi və II Şah Abbasın hakimiyyəti dövründə də 
davam etdirilmişdi.
Xassə əmlakına daxil olan bəzi bölgələrdə becərilən 
buğda və arpa məhsullarının üçdə biri kəndliyə, üçdə iki hissəsi 
isə xəzinəyə çatırdı. Xassə əmlakında onu becərən kəndliyə 
toxum verilir, su kanalları və arxlar şəkilib suvarma aparıl-
masına icazə verilirdi. Lakin başqaları öz əkin sahələrini suvar-
maq üçün əlavə xərc çəkməli idi. Kəndli isə öz əmək alətləri 
ilə torpağı şumlamalı və gübrə verməli idi. Şah toxumdan əlavə
öküz, cüt və s. verib kəndliləri biyardan azad edirdisə, məh-
sulun dörddə biri kəndliyə, dörddə üç hissəsi isə şaha çatırdı. 
Əgər kəndliyə torpağın becərilməsində əlavə işçi qüvvəsi də 
verilirdisə belə halda kəndliyə məhsulun səkkizdə bir hissəsi 
çatırdı. Kəndli öz qüvvəsi ilə düyü, darı, pambıq, mərci, yonca, 
qarpız, yemiş yetişdirirdisə məhsulun beşdə iki hissəsi kənd-
liyə, beşdə üç hissəsi isə şaha çatırdı. Kəndlilər torpağı şah və 
mülkədarlardan icarəyə götürürdülər. Sahibkar ilə kəndli 
arasında müzəraə adlanan becərmə üsulu da mövcud idi. Bu 
sahibkarla kəndli arasında işçi, torpaq, su, toxum və öküzdən 
ibarət beş amil əsasında qarşılıqlı razılaşmaya görə bölgü idi. 
Belə bölgü suvarılan torpaqlarda həyata keçirilirdi. Bütün 
bunlar göstərir ki, dövlət və xassə torpaqlarının gəlirlərinin 
iqtisadi cəhətdən 
mənimsənilməsində 
yardarlıq-paydarlıq 
sistemi mövcud olmuşdur. 


188 
Xassə ərazilərindəki meyvə bağlarının barı toplanan 
zaman məhsula nağd qiymət qoyulandan sonra ona 15 faiz də 
əlvə olunurdu. Dənli bitkilərin barı toplandıqda isə onun hər
yüz batmanına əlavə olaraq beşdə dörd mahmudi əlavə alınırdı. 
Hər il vergilərin yığılması ərəfəsində xassə dəftərxanasında
hesablamalar aparılır və alınacaq məhsulun nağd qiyməti 
müəyyən olunurdu. 
Xassə əmlakı olmayan əyalətlərdən də bir hissəsi məh-
sulla, digər hissəsi malla ödənilən müxtəlif vergilər (rüsum) 
alınırdı.
Səfəvi hökmdarları bəzi vergiləri ləğv etməklə əhalinin 
vəziyyətini yüngülləşdirməyə çalışırdılar. Hələ I Şah İsmayıl 
1514-cü ildə əvvəllər mövcud olmuş baş pulu vergisini ləğv 
etmək haqqında fərman vermişdi. Vergilərin əhalidən düzgün 
şəkildə toplanmasına dövlət tərəfindən ciddi nəzarət olunurdu.
Səfəvi dövlətində islam qanunlarına əsasən xristian əha-
linin hər nəfərindən bir misqal (4,69 qram) qızıl alınırdı. 
Ölkədə ipək istehsalı və ticarəti dövlət büdcəsinin əsas gəlir 
mənbələrindən birini təşkil edirdi. İpəyin hər tayına görə beşdə 
bir tümən və yaxud bir abbası rüsum ödənilirdi. Tənbəki vergisi 
də dövlət büdcəsinin əsas gəlir qaynaqlarından hesab olunurdu. 
Məsələn, İsfahan şəhəri ildə tənbəkinin hesabına 40 min tümən, 
Təbriz şəhəri 20 min tümən, Şiraz şəhəri isə 12 min tümən 
vergi ödəyirdi. Digər şəhərlər də böyüklüyünə və əhalisinin 
sayına görə xəzinəyə tənbəki vergisi ödəyirdi. 
Ölkədə qoyunçuluq geniş inkişaf etmişdi. Qoyunçuluq 
təsərrüfatı da dövlətə böyük gəlir gətirirdi. Qoyun saxlayanlar 
çobanbəyi adlanan otlaq haqqı verirdilər. Qoyunların yun və 
balasına görə xüsusi mənfəət norması, yəni altıda bir mizan 
vergi ödənilirdi. Qoyun sürülərini otaran və baxan çoban
qoyunun yunu və quzusundan götürülən məvfəətin üçdə birini 
sürünün sahibinə verirdi.
Səfəvi dövlətində bəzi su mənbələrinin bölüşdürülməsin-
dən və suvarma şəbəkələrinin icarəyə verilməsindən xəzinəyə 


189 
vergi ödənirdi. Çay sularının bölüşdürülməsi divan dəftərində 
qeydə alınır və şahın möhürü ilə təsdiq edilirdi. Çayın suyu 
əsasən dövlətə və sülaləyə məxsus kəndlər arasında bölünürdü. 
Bəzi kəndlər suyun əvəzini məhsulla, bəziləri pulla ödəyirdilər.
Dövlət Abşerondakı neft yataqlarının icarəyə verilmə-
sindən və balıqtutma hövzələrindən vergilər toplayırdı. 
Vergi yığılması işi dövlət orqanlarının ciddi nəzarəti 
altında idi. Vilayət və mahallarda vergi yığılmasına məsul olan 
dövlət məmuru təhsildar adlanırdı. Təhsildarlar mərkəzi 
maliyyə idarəsinə tabe idilər. Şəhər idarəsinin başçısı kələntər 
birbaşa vergi yığmasa da şəhər əhalisindən verginin yığılıb, 
xəzinəyə təhvil verilməsinə nəzarət edirdi. Təhsildar vəzifəyə 
təyin olunarkən hansı vilayətdən və mahaldan vergi toplamaq 
hüququ olması müəyyənləşir və ona rəsmi vəsiqə verilirdi. Ona 
toplayacağı verginin miqdarını əks etdirən həvalə baratı 
adlanan sənəd də təqdim olunurdu. Təhsildarların yığdıqları 
verginin dəyərinin on faizi onlara çatırdı.
Səfəvi dövlətinin başlıca gəlir mənbələrindən biri də 
ticarət idi. Xəzinəyə gəlir gətirən bu sahənin inkişafı daim 
nəzarətdə saxlanılır, daxili və xarici ticarət Səfəvi şahları tərə-
findən himayə edilirdi. Karvan yollarının dövlət səviyyəsində 
qorunması işini maliyyələşdirmək üçün rəhdarı adlı rüsum 
alınırdı. Ölkənin iqtisadi bölgələri arasında sərbəst ticarət 
əlaqələrini qurmaq məqsədi ilə karvan yolları çəkilir və karvan 
yollarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür-
dü. Karvan yollarında hər mənzilin qurtaracağında karvan-
saralar, anbarlar, tövlələr inşa edilirdi. Tacirlər, burada yaşayış 
mənzilləri, ərzaq və su ilə təmin edilirdi. Karvansaralar ticarət 
məntəqəsi funksiyasnı yerinə yetirirdi. İri şəhərlərdə və ticarət 
yollarında inşa edilən karvansaralar dövlətin sabit gəlir 
mənbəyinə çevrilmişdi. 
Səfəvi dövləti ilə xarici ölkələr arasında bağlanan ticarət 
müqavilələrinin həyata keçirilməsi xəzinəyə xeyli gəlir gəti-
rirdi. Xarici ölkələrə mal ixracından xəzinəyə gəlir gəlirdi. 


190 
Şaqren, tumac dərilər, meyvə qurusu əsasən Avropa bazar-
larına, Hindistana, ən çox Rüştə raunas adlanan qırmızı boyaq 
bitkisi, tütünün çox hissəsi, Bağdad və Diyarbəkirə meyvə 
qurusu, Osmanlı dövlətinə daha çox dəvə və qoyun satılırdı. 
Şəhərlərdə fəaliyyət göstərən bazarlar daxili ticarət mər-
kəzi kimi dövlət büdcəsinin qaynaqlarından birini təşkil edirdi. 
Bazarlarda aparılan ticarət əməliyyatlarından əldə edilən gəlirin 
bir hissəsi xəzinəyə daxil olurdu. Tacir və sənətkarlardan 
alınan xüsusi vergilər dövlət mədaxilinin bir hissəsini təşkil 
edirdi. Ölkənin sərhədlərində və şəhərlərdə fəaliyyət göstərən 
gömrük məntəqələrində tacirlərin ödədiyi gömrük rüsumu və 
karvan yollarında tacirlərdən alınan rəhdari adlı yol rüsumu da 
dövlət büdcəsinin gəlir qaynaqlarından idi.
Beləliklə, Səfəvilər dövründə dövlət xəzinənin gəlir qay-
naqlarından biri olan ipək və tütün istehsalından daha çox gəlir 
əldə edirdi. Bütün vilayətlərdən toplanan vergilər də xəzinənin 
əsas gəlir qaynağı idi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin