192
əsərlərin müəllifi idilər. Məşhur münəccim Mövlana Məhəm-
məd Ərdəbili, Mahmud bəy Füsuni riyaziyyat, astronomiya
sahəsində tanınmışdılar.
XVII əsrdə yaşamış Şükrüllah Şirvani yazdığı “Riya zül-
ülum” əsərinin bir neçə fəslini təsəvvüf, məntiq, nücum,
astranomiya, hesab fənlərinə həsr etmişdi.
Şirvanlı Mövlan Mirzə Məhəmməd humanitar və dəqiq
elmlər sahəsində böyük nüfuz qazanmışdı. Filosof Qarabağlı
Yusif Məhəmmədcan oğlu fəlsəfə və hüquq elmlərinə aid bir
sıra əsərlərin müəllifi idi. XVII əsrin görkəmli alimlərindən
Mirzə Əbdülbaqi fəlsəfə və riyaziyyat elmləri sahəsində
tanınmışdı.
Təbabət mühüm elm sahəsindən biri idi. Əlaəddin Təb-
rizi, Mirzə Məhəmməd, Əbülfəth Təbrizi, Əbu Talib Təbrizi,
Naxçıvanlı İbrahim, Məhəmmədtağı Tufarqanlı, İmadəddin
Mahmud dövrünün məşhur təbibləri idilər.
XVI-XVII yüzillərdə xalqın mədəni-tarixi irsinin öyrənil-
məsinə maraq xeyli artmışdı. Bu dövrdə Azərbaycan tarixinin
öyrənilməsi sahəsində çox işlər görülmüş, qiymətli tarixi
əsərlər yazılmışdı. XVI əsrin məşhur Azərbaycan tarixçisi
Həsən bəy Rumlu I Şah Təhmasibin sarayında qulluq etmiş,
onun yürüşlərinin iştirakçısı olmuşdu. Onun
“Əhsən ət-təvarix
”
(Tarixlərin ən yaxşısı) əsərinin IX-X cildləri dövrümüzə qədər
gəlib çatmışdır. Əsər Azərbaycanın və qonşu ölkələrin XV-XVI
əsrlər tarixinə həsr olunmuşdur.
Həyatının əsas hissəsini Gəncə və Qarabağda yaşamış,
1524-cü ildən sonrakı hadisələri qələmə almış Fəzli Zey-
nalabdin oğlu İsfahaninin Səfəvilər tarixinə aid yazdığı 3 cildlik
Dostları ilə paylaş: