- qadın cinsinə mənsub olmaq. Cinsi hormon olan estrogenlərin təsirindən irəli gələrək, cinsi yetkinlik yaşından sonrakı bütün yaş qrupuna aid olan qadınlarda öd kisəsində daşın əmələ gəlməsinə meyllilik olur;
- yaşın 40 və ondan artıq olması;
- artıq çəkinin olması. Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi üçün əsas risk faktorlarından biri də piylənmədir. Bu isə xolesterinin daha çox sintez və ifraz olunması ilə əlaqədardır;
- çəkinin az bir müddət ərzində azalması. Səbəbindən asılı olmayaraq (ya pəhrizin köməkliyi ilə, ya çəkini aşağı salan preparatlar vasitəsi ilə, ya cərrahi yolla) kəskin arıqlama orqanizmə bu prosesə uyğunlaşmağa vaxt vermir və orqanizm lazım olan fermentləri əvvəlki həcmdə olmaqla istehsal edir ki, bunun da nəticəsində onların konsentrasiyası artır. Ödün artması isə öd daşı xəstəliyinin yaranmasına gətirib çıxara bilər;
- hamiləlik. Hamiləlik zamanı və həmçinin daxilə qəbul edilən hamiləlik əleyhinə dərman preparatlarından istifadə edilməsi zamanı qanda esterogen və progesteronun miqdarı artır. Bu hormonlar isə maddələr mübadiləsi sistemində dəyişikliklərə səbəb olaraq öd daşlarının əmələ gəlməsinə köməklik edir;
- hormonal dərman preparatlarının qəbul edilməsi;
- qida qəbulunda yağlı qidalara (yağlı ət, balıq, heyvani piylər və s.), tərkibində xolesterinin miqdarı yüksək olan qidalara üstünlük verilməsi, qida rasionunda bitki sellülozunun (meyvə və tərəvəzlər) az olması;
- irsi faktor (ən yaxın qohumlarda öd daşı xəstəliyinin olması). Əgər sizin valideynlərinizdə öd daşları aşkar edilmişdisə, sizin də öd daşı xəstəliyinin daşıyıcısı olmaq riskiniz iki dəfə artıq olur;
- şəkərli diabet. Şəkərli diabet zamanı öd kisəsində durğunluq yaranır. Öd uzun müddət ərzində öd kisəsində qaldıqda öd daşları əmələ gəlir;
- qara ciyər sirrozu. Qara ciyər sirrozu olan şəxslərdə öd kisəsinin funksiyası pozulduğu və qara ciyərin xəstəliyi nəticəsində qanda estrogenlərin də səviyyəsi artdığı üçün öd kisəsində daşların əmələ gəlmə riski 10 dəfə artır;
- qanda xolesterinin səviyyəsini aşağı salan dərmanların qəbul edilməsi;
- az hərəkətli həyat tərzi. Aparılan tədqiqatlara əsasən, gün ərzində icra olunan 30 dəqiqəlik aerobika hərəkətlərinin köməkliyi ilə öd daşı xəstəliklərinin 1/3 hissəsinin qarşısını almaq olar.