Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə



Yüklə 470,5 Kb.
səhifə14/15
tarix26.12.2016
ölçüsü470,5 Kb.
#3422
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15

IV BÖLMƏ


Notarİat haqqında qanunverİcİlİyİn əcnəbİlərə və vətəndaşlığı olmayan şəxslərə tətbİq edİlməsİ. Xarİcİ dövlətlərİn qanunverİcİlİyİnİn tətbİq edİlməsİ. Beynəlxalq müqavİlələr və sazİşlər

200. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 88-ci maddəsinə müvafiq olaraq əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşları ilə bərabər səviyyədə Azərbaycan Respublikasının notariuslarına müraciət etmək hüququ vardır.

Xarici müəssisələrin və təşkilatların Azərbaycan Respublikasının notariat kontorlarına müraciət etmək hüququ vardır.

201. Notariuslar Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq xarici dövlətlərin qanunvericiliyinin normalarını tətbiq edirlər.

Notariuslar xarici dövlətlərin qanunvericiliyinin tələblərinə müvafiq surətdə tərtib olunmuş sənədləri qəbul edir, habelə xarici dövlətlərin qanunvericiliyi ilə nəzərdə tutulan formada təsdiq qeydlərini bu şərtlə aparırlar ki, bunlar Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmasın.

202. Notarius tərəfindən təsdiq edilib, xaricdə əməliyyatlar aparmaq üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə, onu vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır, bu, etibarnamənin mətnində göstərilə bilər.

203. Əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakın və ya Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra əcnəbiyə çatası qorunması ilə, habelə bu cür əmlak barəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar hərəkətlər "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bu Təlimatda ifadə olunmuş qaydalar üzrə aparılır.80

Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır.

Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.

204. Notariuslar Azərbaycan Respublikasının miras əmlakın qorunması haqqında normalar ehtiva edən beynəlxalq müqavilə bağladığı xarici dövlətin vətəndaşının ölümü haqqında məlumat aldıqda, müvafiq müqaviləni rəhbər tutaraq ölənin Azərbaycan Respublikasının ərazisində əmlakı olduğu hallarda miras əmlakın mühafizəsi üçün lazımi tədbirlər görür, miras əmlakın miqdarını və dəyərini müəyyən edir, vərəsələri aşkar edir, vəsiyyətnamənin olub-olmadığını yoxlayır və bu barədə ölənin vətəndaşı olduğu ölkənin diplomatik və ya konsul nümayəndəliyinə həmin Təlimatda nəzərdə tutulmuş qaydada dərhal məlumat verirlər.81

Vərəsəlik işi üzrə icraatın aparılması beynəlxalq müqaviləyə görə vətəndaşı ölmüş xarici dövlətin idarələrinin səlahiyyətinə aid edilmişsə, miras daşınar əmlakın notariat kontoru həmin dövlətin diplomatik və ya konsul nümayəndəliyinin tələbi ilə ona verə bilər.

205. Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə müvafiq olaraq, xarici dövlətin qanunlarında nəzərdə tutulmuş forma üzrə tərtib edilmiş vəsiyyətnamə vəsiyyət edənin ölümündən sonra açılıb elan olunmaq üçün notariusa təqdim edildikdə, notarius vəsiyyətnamənin məzmununu elan edir, vəsiyyətnamənin vəsiyyəti və məzmunu haqqında protokol tərtib edir. Protokolda vəsiyyətnamənin tərtib olunduğu tarix, vəsiyyətnaməni təqdim etmiş şəxsin adı, sənədin vəziyyəti: onun möhürlənmiş halda, yoxsa açıq şəkildə təqdim edilməsi, sənəddə pozulmuş yerlərin, düzəlişlərin və başqa nöqsanların olub-olmadığı göstərilir. Protokol notarius və vəsiyyətnaməni təqdim etmiş şəxs tərəfindən imzalanır. Vəsiyyətnamənin hər bir səhifəsi də bu şəxslər tərəfindən imzalanır. Vəsiyyətnamə möhürlənmiş halda notariusda saxlanılırdısa, yuxarıda göstərilən bütün hərəkətləri notarius təkbaşına aparır.

206. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə əsasən Azərbaycan Respublikasının notariusları notariat hərəkətlərinin icrası haqqında xarici ədliyyə orqanlarından alınan tapşırıqları yerinə yetirir və ayrı-ayrı notariat hərəkətlərinin icra edilməsi haqqında tapşırıqlarla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə xarici ədliyyə orqanlarına müraciət edirlər.

207. Azərbaycan Respublikası notariuslarının xarici dövlətlərin ədliyyə orqanları ilə əlaqə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur.

Müvafiq konsul nümayəndəsinin konsul dairəsi notariusun xidmət fəaliyyəti rayonu ilə əlaqədar olduqda, notariuslar hüquqi yardım haqqında müqavilələrdə və başqa beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hallarda konsul nümayəndələri ilə bilavasitə əlaqə saxlayırlar. Qalan hallarda notariat orqanlarının konsul nümayəndəliyi ilə və diplomatik nümayəndəliklə əlaqələri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir.

208. Notariuslar xarici dövlətlərin orqanlarında işlərin aparılması üçün tələb edilən sübutları bu Təlimatda ifadə olunmuş qaydalar üzrə təmin edirlər.

209. Beynəlxalq müqavilə ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş notariat hərəkətləri haqqındakı qaydalardan fərqli qaydalar müəyyən edilmişsə, notariat hərəkətləri aparılarkən beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.

"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə müvafiq olaraq beynəlxalq müqavilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan notariat hərəkətlərinin aparılmasını notariusların səlahiyyətinə aid edirsə, onlar bu notariat hərəkətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada aparırlar.

"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinə uyğun olaraq xarici hakimiyyət orqanlarının iştirakı ilə xaricdə tərtib edilmiş və ya onların göndərdiyi sənədləri notariuslar bu şərtlə qəbul edilir ki, həmin sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının xarici dövlətlərdə nümayəndəlikləri tərəfindən leqallaşdırılmış olsun.

210. Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda notariuslar bu cür sənədləri leqallaşdırılmadan qəbul edirlər.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


  1. 13 noyabr 2001-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 722)

  2. 23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148)

  3. 30 iyul 2002-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 455)

  4. 7 oktyabr 2002-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635)

  5. 31 oktyabr 2003-cü il tarixli 147 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 629)

  6. 20 aprel 2005-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 386)

  7. 3 iyun 2005-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 534)

  8. 5 avqust 2005-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 782)

  9. 10 oktyabr 2005-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 977)

  10. 3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1061)

  11. 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228)

  12. 19 dekabr 2005-ci il tarixli 231 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1231)

  13. 9 mart 2006-cı il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 297)

  14. 9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731)

  15. 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 830)

  16. 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)

  17. 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994)

  18. 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108)

  19. 23 aprel 2008-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 316)

  20. 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787)

  21. 12 fevral 2009-cu il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 148)

  22. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

  23. 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 849)

  24. 29 dekabr 2009-cu il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ()

  25. 12 iyun 2010-cu il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 555)

  26. 19 oktyabr 2011-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

  27. 15 mart 2012-ci il tarixli 66 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

  28. 18 may 2012-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 may 2012-ci il, № 109)

  29. 29 may 2012-ci il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 may 2012-ci il, № 118)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI


1 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 2-ci bəndin 2-ci yarımbəndində “mühafizə olunması” sözləri “qorunması” sözü ilə əvəz edilmişdir.


2 30 iyul 2002-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 455) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a 2-ci bəndin 14-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



14) pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir;


3 29 dekabr 2009-cu il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 5-ci bəndinin ikinci abzasından "notarius yanında təcrübə keçənlərə," sözləri çıxarımışdır.



4 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 849) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 6-cı bəndə "d" yarımbəndi əlavə edilmişdir.

12 iyun 2010-cu il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 555) ilə 6-cı bəndin “d” yarımbəndində “Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması tələblərinə və həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş əməliyyatlara dair məlumatların təqdim edilməsi ilə bağlı tələblərə” sözləri “Azərbaycan Respublikası Qanununun 9-11-ci və 12-1-ci maddələrinin tələblərinə” sözləri ilə əvəz edilmişdir.




5 19 dekabr 2005-ci il tarixli 231 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1231) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 6-cı bəndinin ç) yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



ç) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda vərəsəlik və ya bağışlama qaydasında ayrı-ayrı şəxslərin mülkiyyətinə keçən əmlakdan vergi hesablamaq məqsədi ilə əmlakın dəyəri barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və onun yerli qurumlarına arayış təqdim etməlidir.


6 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 849) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 7-ci bəndin üçüncü-onuncu abzasları müvafiq olaraq dördüncü - on birinci abzaslar hesab edilmişdir, aşağıdakı məzmunda üçüncü abzas əlavə edilmişdir.


7 19 dekabr 2005-ci il tarixli 231 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1231) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 7-ci bəndinin üçüncü və dördüncü abzasları yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Notariat hərəkətləri barədə məlumat və sənədlər yalnız məhkəmənin, istintaq və təhqiqat orqanlarının tələbi ilə onların icraatlarında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar olaraq verilir. Notariuslar məlumat və sənədləri həmin orqanların yalnız yazılı tələbləri əsasında verirlər.

Notariat hərəkətləri barədə lazımi məlumatların istisna hallarda verilməsinin qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.


8 19 dekabr 2005-ci il tarixli 231 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1231) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 7-ci bəndinə doqquzuncu və onuncu abzaslar əlavə edilmişdir.

9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 7-ci bəndinin onuncu abzasından “Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.

20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994) ilə Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 7-ci bəndinin onuncu abzasından abzasında “müəyyən edilmiş qaydada” sözlərindən sonra “və hallarda” sözləri əlavə edilsin, “təqdim etməlidir” sözləri “göndərir” sözü ilə əvəz edilmişdir.

30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə 7-ci bəndin onuncu abzasında "Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.


18 may 2012-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 may 2012-ci il, № 109) ilə "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 7-ci hissəsində on birinci abzas yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Notarius daşınmaz əmlakla bağlı müqavilələri notariat qaydasında təsdiqlədikdən və ya vərəsəlik şəhadətnamələrini verdikdən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizəni müvafiq təsdiqləyici və bu Məcəllə ilə müəyyən edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir.


9 15 mart 2012-ci il tarixli 66 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 7-ci hissəsinə on ikinci və on üçüncü abzaslar əlavə edilmişdir.


1018 may 2012-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 may 2012-ci il, № 109) ilə "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 7-ci hissəsinə yeni məzmunda on dördüncü abzas əlavə edilmişdir.


11 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 8-ci bəndin üçüncü abzasında “etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır” sözləri “mübahisələndirilə bilər” sözləri ilə əvəz edilmişdir.


12 23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 148) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 10-cu bəndinin birinci və ikinci abzaslarında "haqq" sözü "dövlət rüsumu" sözləri ilə əvəz edilmişdir.

20 aprel 2005-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 386) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 10-cu bəndinə üçüncü abzas əlavə edilmişdir.

23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 148) ilə Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 11-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəli redaksiyada deyilirdi:



11. Notariuslar notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu, apardığı notariat hərəkətləri ilə bağlı olmayan məsələlər üzrə göstərdikləri xidmətə görə isə haqq alırlar. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 1 saylı və 2 saylı Əlavələrində müəyyən edilmiş dövlət rüsumunun və əlavə xidmətə görə haqqın məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat kontorunun və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.

12 fevral 2009-cu il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 148) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 10-cu və 11-ci bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

10. Notariuslar notariat hərəkətlərinin aparılmasına, sənədlərin layihələrinin tərtib edilməsinə, sənədlərin surətlərinin (dublikatların) verilməsinə, texniki işlərin yerinə yetirilməsinə görə dövlət rüsumu tuturlar.

Notariat hərəkəti yalnız onun üçün haqq ödənildikdən sonra aparılır.

Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində dövlət büdcəsinə köçürülür.

11. Dövlət rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat kontorunun və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.


13 12 fevral 2009-cu il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 148) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 12-ci bəndə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.


14 7 oktyabr 2002-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635) ilə 13-cü bəndinin birinci abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilmişdir.


15 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 849) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 13-cü bəndə dördüncü abzas əlavə edilmişdir.


16 7 oktyabr 2002-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635) ilə 14-cü bəndinin birinci abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilmişdir.

10 oktyabr 2005-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 977) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 14-cü bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Xaricdə istifadə edilən sənədlərin təsdiqi, dəniz protestlərinə baxılması və daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında olan notariat hərəkətlərinin aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hər bir inzibati ərazi vahidində fəaliyyət göstərən müəyyən bir notariusa həvalə edilir.



17 23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 148) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 15-ci bəndinin ikinci abzasında "əlavə xidmət haqqı" sözləri "dövlət rüsumu" sözləri ilə əvəz edilmişdir.

20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 15-ci bəndin ikinci abzasında «əlilliklə» sözündən sonra «, sağlamlıq imkanlarının məhdudluğu ilə» sözləri əlavə edilmişdir.

12 fevral 2009-cu il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 148) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 15-ci bəndin ikinci abzasında "dövlət rüsumu" sözlərindən sonra "və müəyyən edilmiş hallarda haqq" sözləri əlavə edilmişdir.


18 31 oktyabr 2003-cü il tarixli 147 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 629) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 16-cı bəndinin birinci abzasında "Notariat hərəkətləri" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, notariat hərəkətləri" sözləri ilə əvəz edilmişdir.

12 fevral 2009-cu il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 148) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 16-cı bəndin birinci abzasında "dövlət rüsumu" sözlərindən sonra "və müəyyən edilmiş hallarda haqq" sözləri əlavə edilmişdir.




19 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 849) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 16-cı bəndin beşinci abzası altıncı abzas hesab edilmişdir, aşağıdakı məzmunda beşinci abzas əlavə edilmişdir.


20 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 849) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 7 bəndin ikinci abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyəti pasport, şəxsiyyət vəsiqəsi, 9 nömrəli forma üzrə arayış əsasında müəyyən edilir.


21 23 aprel 2008-ci il tarixli 96 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 316) ilə «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 17-ci bəndinin dördüncü abzasında «dənizçi pasportu» sözləri «dənizçinin şəxsiyyət sənədi» sözləri ilə əvəz edilmişdir.


22 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 849) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 7 bəndin səkkizinci abzas çıxarılmışdır.


23 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 849) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 7 bəndə səkkizinci-on birinci abzaslar əlavə edilmişdir.


24 12 fevral 2009-cu il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 148) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 26-cı bəndin birinci abzasının ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Sənədin layihəsinin tərtibi üçün əlavə xidmət haqqı alınmaqla, sənəd müraciət etmiş şəxsin xahişi ilə notarius tərəfindən tərtib oluna bilər.


25 7 oktyabr 2002-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 29-cu bəndinin birinci abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilmişdir.


26 19 dekabr 2005-ci il tarixli 231 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1231) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 30-cu bənddə «yazılı tələbi ilə» sözləri «qərarı əsasında» sözləri ilə əvəz edilmişdir.


27 12 fevral 2009-cu il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 148) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 31-ci bəndin ikinci abzasının üçüncü cümləsində "dövlət rüsumu" sözlərindən sonra "və haqq" sözləri əlavə edilmişdir.


28 20 aprel 2005-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 386) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 31-ci bəndinin dördüncü abzasından "və tutulan rüsumun ödənilməsinə dair qəbzlər" sözləri çıxarılmışdır.


29 01 oktyabr 2009-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 849) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a 33-1-ci bənd əlavə edilmişdir.


30 12 iyun 2010-cu il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 555) ilə 33-1-ci bəndin birinci abzasında “bankda hesaba malik olan şəxslərlə həyata keçirildikdə və ya xarici dövlətlərin siyasi xadimlərinin bank hesablarından həyata keçirildikdə” sözləri “bankda hesaba malik olan şəxslərlə və ya siyahısı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən təsdiq edilmiş şəxslərlə həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla bağlı olduqda” sözləri ilə əvəz edilmişdir və həmin bəndə onuncu abzas əlavə edilmişdir.


31 7 oktyabr 2002-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 635) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 36-cı bəndinin birinci abzasında "Ədliyyə Nazirliyi" sözlərindən sonra "və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi" sözləri əlavə edilmişdir.


32 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 38-ci bəndinin birinci abzasında «notariatda təsdiqi məcburi olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri» sözləri «notariat qaydasında təsdiq edilməli olan əqdləri» sözləri ilə əvəz edilmişdir.
5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 38-ci bəndin birinci abzasında “əqdləri” sözündən sonra “və tərəflərin arzusu ilə digər əqdləri” sözləri əlavə edilmişdir.


33 13 noyabr 2001-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 722) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 39-cu bəndinin ikinci abzasından 2-ci, 3-cü və 4-cü cümlələr çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:



Məhkəmə tərəfindən belə qətnamə çıxarılmamış notarius öz mülahizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-ci maddəsində göstərilən şəxslərdən birinə və ya psixiatriya (psixonevroloji) müəssisəsinə bildirir, onlar həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qarşısında məsələ qaldıra bilərlər. Notarius öz məktubunda qəbul edilmiş qərar barədə ona məlumat verilməsini xahiş edir. Bu vəzifəli şəxs (psixiatriya (psixonevroloji) müəssisəsi) tərəfindən qəbul edilmiş qərardan asılı olaraq notarius ya əqdi təsdiq edir, ya da notariat hərəkəti aparılmasını işə məhkəmədə baxılanadək dayandırır.
3 noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1061) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 39-cu bəndinin ikinci abzasına "narkotik" sözündən sonra "vasitələrdən, psixotrop" sözləri əlavə edilmişdir.


34 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 39-cu bəndinin dördüncü abzasında «qəyyumların» sözü «himayəçilərin» sözü ilə əvəz edilmişdir.


35 12 fevral 2009-cu il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 148) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 42-ci bəndin beşinci abzasında "dövlət rüsumu" sözlərindən sonra "və haqq" sözləri əlavə edilmişdir.


36 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 43-cü bəndində «647» rəqəmi «178.1» rəqəmi ilə əvəz edilmişdir.


37 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 47-ci bəndində «mülkiyyət hüququnu təsdiq edən sənədləri» sözləri «mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı» sözləri ilə əvəz edilmişdir.


38 5 avqust 2005-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 782) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a 49-cu bəndə on dördüncü və on beşinci abzaslar əlavə edilmişdir.


39 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 51-ci bəndinin birinci cümləsində «və tərəflərin torpağı da özgəninkiləşdirmək niyyətləri olarsa, o zaman torpağın özgəninkiləşdirilməsi haqqında ayrıca müqavilə tərtib olunaraq təsdiq edilməlidir» sözləri «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsində qeyd olunan hallarda tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqların binanı (qurğunu) əldə edənə keçməsi barədə müddəalar bu əqddə öz əksini tapmalıdır» sözləri ilə əvəz edilmişdir.


40 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 54-cü bəndinin ikinci abzası çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:



Payların miqdarı paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından bir tərəfindən əlavə tikinti aparılması (daşınmaz əmlakın yanını tikmə, üstünü tikmə və s.) və ya daşınmaz əmlakın bir hissəsinin sökülməsi ilə əlaqədar dəyişdirilirsə, notarius əlavə tikinti üçün və ya daşınmaz əmlakın bir hissəsinin sökülməsi üçün müvafiq icra hakimiyyətinin qərarını və araşdırılmaq üçün hüquq müəyyənedici sənədi tələb edir.


41 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 55-ci bəndi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:



55. Tikintisi başa çatdırılmamış daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə bu əmlakın özgəninkiləşdirilməsinə rayon, şəhər icra hakimiyyətinin razılığı olduqda təsdiq edilə bilər.


42 19 oktyabr 2011-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 63-cü bəndin ikinci abzasında “verə bilər; həmin şəxslərin orada olması onların zərfdəki imzaları ilə təsdiqlənir” sözləri “verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur” sözləri ilə əvəz edilmişdir.


43 19 oktyabr 2011-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 74-cü bəndin üçüncü abzasında “yerli özünüidarə orqanına” sözləri “rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələrinə” sözləri ilə əvəz edilmişdir.


44 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 75-ci bəndinin ikinci abzasının birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Etibarnamənin qüvvədə olma müddəti üç ildən artıq ola bilməz.


45 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın V fəslin adında “mühafizəsi” sözü “qorunması” sözü ilə əvəz edilmişdir.


46 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 80-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



80. Mirasın açıldığı yer üzrə notarius vərəsələrin, vəsiyyət üzrə tapşırıq alan şəxslərin, kreditorların və ya dövlətin mənafeyi üçün zəruri olan hallarda idarələrin, müəssisələrin, təşkilatların, ayrı-ayrı şəxslərin məlumatına əsasən, vəsiyyətnamə icraçısının təşəbbüsü ilə, yaxud öz təşəbbüsü ilə miras əmlakın mühafizə edilməsi üçün tədbirlər görməlidirlər. Bu tədbirləri onlar bilavasitə özləri həyata keçirirlər.


47 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 81-ci bəndin üçüncü abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Əmlakın yerləşdiyi yerin notariusu ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların məlumatına əsasən miras əmlakın qorunması üçün mirasın açıldığı yerin notariusuna xəbər verməklə tədbirlər görə bilər.


48 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 81-ci bəndində ismin müvafiq hallarında «müvafiq icra hakimiyyəti orqanı» sözləri ismin müvafiq hallarında «rayon, şəhər, şəhər rayonu İcra Hakimiyyətinin nümayəndələri» sözləri ilə əvəz edilsin, «mühafizə edilməsi» və «mühafizəsi» sözləri isə «qorunması» sözü ilə əvəz edilmişdir.

5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 81-ci bəndin dördüncü abzası çıxarılmışdır.




49 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 84-cü bəndinin birinci abzasında «mühafizə edilməsi» sözləri «qorunması» sözü ilə əvəz edilsin, ikinci abzasında «əmlaka idarəçi» və «idarəçi» sözləri «əmlak idarəçisi» sözləri ilə əvəz edilmişdir, «miras qoyanın kreditorları iddia irəli sürmüşdürlərsə» sözləri çıxarılmışdır.
5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 84-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



84. Notarius miras əmlakın qorunması üçün bu əmlakı siyahıya alır və həmin əmlakı saxlanılmaqdan ötrü vərəsələrə və ya başqa şəxslərə verir, həm də mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

Mirasın tərkibində idarə olunması tələb olunan əmlak olduqda, vərəsələr mirası qəbul edənədək, notarius əmlak idarəçisi təyin etməlidir. Əgər heç olmasa bir vərəsə əmlakı qəbul etmişdirsə və ya vəsiyyətnamənin icraçısı təyin edilmişdirsə, əmlak idarəçisi təyin edilmir.


50 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 85-ci bəndində «mühafizi, qəyyumu və miras əmlakın mühafizə olunması üçün verildiyi digər şəxsləri» sözləri «əmlak idarəçisini» sözləri ilə əvəz edilmişdir.


51 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 86-cı bəndin birinci abzasında «iştirak etmək arzusunu bildirmiş əlaqədar şəxslərin» sözləri «əmlak idarəçisinin, vəsiyyətnamənin icraçısının» sözləri ilə əvəz edilmişdir.

5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 86-cı bəndin birinci abzasından “onun siyahısının tutulmasında” sözləri çıxarılmışdır.




52 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 86-cı bəndin ikinci abzasında «mühafizə edilməsi» sözləri «qorunması» sözü ilə əvəz edilmişdir.


53 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 86-cı bəndin altıncı abzası isə aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Aktın hər bir səhifəsində şeylərin (əşyaların) miqdarına və dəyərinə yekun vurulur, siyahı qurtardıqdan sonra isə şeylərin (əşyaların) ümumi miqdarına və onların dəyərinə yekun vurulur.


54 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 86-cı bəndin yeddinci abzasında “şeylərin” sözü “əşyaların” sözü ilə əvəz edilmişdir.


55 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 86-cı bəndin doqquzuncu abzasında “əmlakın mühafizə olunmaq üçün verildiyi şəxsin” sözləri və “mühafizin” sözü “əmlak idarəçisinin” sözləri ilə əvəz edilmişdir.


56 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 86-cı bəndin onuncu abzasında «əmlakı mühafizə üçün qəbul etmiş vətəndaşa» sözləri «əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına)» sözləri ilə əvəz edilmişdir.


57 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 86-cı bəndin on birinci abzasında «əmlakı mühafizə və ya idarə edilmək üçün qəbul etmiş şəxs» sözləri «əmlak idarəçisi və ya vəsiyyətnamə icraçısı» sözləri ilə əvəz edilmişdir.


58 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 87-ci bəndin birinci abzasında «mühafizə edilməsi» sözləri «qorunması» sözü ilə əvəz edilmişdir.
20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994) ilə Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 87-ci bəndində “Dövlət Əmlakı Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” sözləri ilə əvəz edilmişdir.
5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 87-ci bəndin birinci abzasından mötərizədə “vərəsələr və ya” və “digər” sözləri çıxarılmışdır.
30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə 87-ci bəndin birinci abzasında "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.


59 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ((Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 87-ci bəndin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Miras əmlakın saxlanmaq üçün verildiyi mühafizəçi, qəyyum və digər şəxslər əgər vərəsə deyildirlərsə, onlar vərəsələrdən miras əmlakı saxlamağa görə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada haqq ala bilərlər.


60 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 87-ci bəndin üçüncü və dördüncü abzaslar çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:



Göstərilən şəxslərə miras əmlakdan istifadə nəticəsində əldə edilmiş faktiki fayda çıxılmaqla, miras əmlakı saxlamaq və idarə etmək üçün zəruri xərclər də ödənilməlidir.

Haqqın miqdarı miras əmlakın mühafizə olunmaq üçün verildiyi mühafizin, qəyyum və ya digər şəxsin razılığı ilə notarius tərəfindən müəyyən edilir, lakin bu, mühafizə olunmaq üçün verilmiş əmlakın dəyərinin 1,5 faizindən artıq ola bilməz. Heyvanları saxlamağa görə haqqın miqdarı müəyyən edilmiş haqqın 50 faizi qədər artırılır. Göstərilən şəxslərə miras əmlakı saxlamaq və idarə etmək üçün zəruri xərclər də ödənilir. Bu xərclər təqdim olunmuş sənədlər əsasında, miras əmlakdan istifadə nəticəsində əldə edilmiş fayda çıxılmaqla ödənilir.


61 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 88-ci bəndin birinci abzasının 4-cü yarımbəndində “mühafizəsi” sözü “qorunması” sözü ilə əvəz edilmişdir.


62 9 mart 2006-cı il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 297) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 89-cu bəndinin ikinci abzasında “iridium,” sözündən sonra “osmium,” sözü əlavə edilsin, “daş-qaş” sözü “daşlar” sözü ilə əvəz edilmişdir.


63 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 89-cu bəndinin üçüncü abzasında «mühafizəçisinə» sözü «əmlak idarəçisinə» sözü ilə əvəz edilsin, altıncı abzasında «siyahıya daxil edilir və vərəsələrin, yaxud müvafiq təşkilatların məsuliyyəti altında saxlanılmağa verilir» sözləri «qorunması üçün əmlak idarəçisinə (vəsiyyətnamə icraçısına) verilir» sözləri ilə əvəz edilsin və ikinci cümlə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:



Zərurət olduqda, məsələn, vərəsələr olmadıqda, notarius sənədləri və ya sənədlərin qiymətli şeylərin saxlanıldığı yeri möhürləyir.


64 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 90-cı bəndində «mühafizə edilməsi mirasın bütün vərəsələr tərəfindən» sözləri «qorunması miras» sözləri ilə əvəz edilmişdir.
5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 90-cı bənddən “onlar tərəfindən” sözləri çıxarılmışdır.


65 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 91-ci bəndi çıxarılıb.

Əvvəlki redaksiyada



91. Mirasın açıldığı yerin notariusu əmlakın mühafizə edilməsi tədbirlərinin dayandırılması haqqında əvvəlcədən vərəsələrə, əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə isə Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinə xəbər verməlidir.


66 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 97-ci bəndinin ikinci abzası çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:



Səhmlər və ya birgə əmlakdakı hissə, pay şəklində əmlakın vərəsələri olmadıqda, bu əmlak həmin hüquqi şəxslərə keçir.

20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 787) ilə 97-ci bəndin birinci abzasında «əlillər» sözündən sonra «, sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilmişdir.




67 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 99-cu bəndin altıncı abzasında “mühafizəsi” sözü “qorunması” sözü ilə əvəz edilmişdir.


68 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinin ikinci və beşinci abzaslarında "VADQ orqanlarının" sözləri "vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların" sözləri ilə əvəz edilmişdir.


69 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 830) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 103-cü bəndinin ikinci abzasından “əhalinin sosial müdafiəsi mərkəzinin” sözləri “pensiya təyin edən orqanın” sözləri ilə, üçüncü abzasında “pensiya kitabçası” sözləri “pensiya vəsiqəsi” sözləri ilə əvəz edilmişdir.


70 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1228) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 106-cı bəndində «bərabər» sözü «paylarına mütənasib surətdə» sözləri ilə əvəz edilmişdir.


71 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatı"nın 110-cu bəndin ikinci abzasında “mühafizə olunması” sözləri “qorunması” sözü ilə əvəz edilmişdir.


72 3 iyun 2005-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 534) ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 133-cü bəndinə dördüncü və beşinci abzaslar əlavə edilmişdir.


73 30 iyul 2002-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 455) ilə "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın XI fəslin adı aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:




Yüklə 470,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin