52
Prosesə dair izahat vermək qabiliyyəti intellektual sistemlərin əsas fərqləndirici
cəhətlərindən biridir, sistemin məsləhətlərinə istifadəçi etibarını artırmaqda əsas rol
oynayır. Həmçinin sistemin modifikasiyası və inkişafı zamanı, ziddiyyətli halların
aşkar olunmasında, mütəxəssis olmayan istifadəçilərin öyrədilməsi zamanı istifadə
olunur. Müxtəlif tip intellektual sistemlər özünəməxsus izahetmə sisteminə malik
olur , bəzilərində bu sistem ümumiyyətlə olmur. Hal-hazırda bütün izahetmə
sistemləri eyni üsulla yaradılır və sistem 2 üsulla işləyir:
o təbii dildə hazırlanan hadisələrin və vəziyyətlərin qeydiyyatı;
o alt məqsədlərin göstərilməsilə ağacın əksinə açılması vasitəsilə
mülahizələrin izlənməsi.
Problem oblastında səbəb-nəticə qanunlarına uyğun gələn arqumentasiya
vacibdir. Bu intellektual informasiya sistemlərinin yeni nəslininyaranmasına təkan
verir. Ancaq eyni zamanda, bilik bazaları öz komponentlərinin fraqmentarlığı və
əlaqəsizliyi üzündən natamam olurlar. Bu da əsl intellektual sistem yaratmaqda
maneəyə çevrilir.
İntellektual sistemlərin həll edəcəyi məsələlərin əksəriyyəti axtarış problemi kim
ortaya çıxır. Sistemə daxil edilmiş verilənlər vasitəsilə məsələ ilə bağlı həll axtarılır.
Bunun üçün axtarış qrafı qurulur, yəni başlanğıc təpə təyin olunduqdan sonra “if-
then” qanunlarının köməyi ilə növbəti təpələrdə axtarış aparılır. Bu qraf üzrə həm
dərininə, həm də eninə axtarış aparmaq mümkündür. Dərininə axtarış zamanı
iyerarxiya səviyyələrinin maksimumu, eninə axtarış zamanı bir səviyyədəki təpələrin
maksimal sayı axtarılır. Şaxənin dəyərinə görə də aparılan axtarışda isə qrafın hər bir
şaxəsinə dəyər verilərək həmin dəyərin minimumu axtarılır.
İntellektual informasiya sistemləri ekspert kimi düşünərək insanın düşüncə
tərzini müəyyən səviyyədə imitasiya edə bilir. Bu baxımdan, bəzi intellektual
sistemlərdiaqnostika
yolu
ilə,
yəni
hər
hansı fərziyyə irəli sürməklə
kifayətlənirlər.Alınmış nəticəni əsaslandıraraq qərarın düzgünlüyü və reallaşa
bilməsinin qiymətləndirmək mümkündür.
Dostları ilə paylaş: