Novruzlu Aytac Bahəddin qızı “ Ekspert sistemləri üçün bilik bazasının hazırlanması”



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix25.11.2022
ölçüsü1,36 Mb.
#70437
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
NOVRUZLU-AYTAC (1)

 
 
 
 
 
 
 
 
 


47 
2.3 Biliklərin əldə edilmə strategiyaları və nəzəri aspektləri 
Bilik əldə etmə (Knowledge Acquisition) komputer sistemində xüsusi tapşırıqların 
yerinə yetirilməsi üçün lazım olan informasiyanın və onun formallaşdırılmış 
strukturunun əldə edilmə prosesidir. Bu proses müəyyən məqsəd üçün biliyi 
komputerdə əks etdirmək texnikasını dərk edən və bununla bağlı aldığı bilikləri 
tərcümə edərək uyğun formaya sala bilən insan, yəni bilik mühəndisitərəfindən 
həyata keçirilir. Başlanğıcda bilik mühəndisi həmin sahə ilə tanış olmaya bilər, ancaq 
sistemi qurmaq üçün bu sahədə olan bilik mənbələrini araşdıraraq qısa müddətdə işin 
öhdəsindən gəlməyi bacarmalıdır.
Ekspertdən bilik əldə edilməsi elə də asan proses deyil. Aşağıda verilənlər ekspertdən 
bilik əldə etmə və onları komputerə köçürməni mürəkkəbləşdirən faktorlardır: 

Ekspert fikrini necə ifadə edəcəyini bilmir; 

Ekspert vaxt ayırmaq və ya əməkdaşlıq etməkdən çəkinir; 

Biliyin yoxlanması və emalı olduqca mürəkkəbdir; 

Biliyin formalaşdırılması metodlarının təyin edilməsi zəifdir 

Sistem qurucuları bir mənbədən bilik almaq istəyərkən, biliklər səpələnmiş 
halda ola bilir; 

Ekspert əvəzinə əsaslandırılmış bilikləri almağa cəhd edir, bu biliklər də çox 
vaxt yarımçıq olur; 

Lazımsız verilənlərə qarışan biliyi ayırd etmək çətin olur; 
Bilik əldə etmənin üç strategiyası mövcuddur: 

bilikləri ələ keçirmə; 

biliklərə yiyələnmə; 

bilikləri formalaşdırma 
Biliklərin ələ keçirilməsi zamanı ekspert bilik mənbəyi ilə qarşılıqlı əlaqədə olur və 
predmet oblastı barədə qərar qəbul edərkən fikri əyaniləşmiş olur. 


48 
Biliklərə yiyələnmə biliklər bazasının avtomatik yaradılmasını nəzərdə tutur. Yəni bu 
zaman xüsusi proqramın köməyilə biliklər avtomatlaşdırılmış qaydada biliklər 
bazasının doldurur. Bu da dialoq rejimi ilə ekspertdən alınmış biliklər vasitəsilə 
həyata keçirilir. Bunun üçün predmet oblastı baza qurulmamışdan əvvəl hərtərəfli 
formada araşdırılmalıdır.
Biliklərin formalaşdırılması zamanı alqoritm, model və metodların işlənib 
hazırlanması prosesi baş tutur.
Biliklərin ələ keçirilməsi olduqca uzun və ağır prosesdir. Biliklər bazası 
qurularkən ən çox zəhmət tələb edən də məhz müxtəlif mənbələrdən biliklərin 
çıxarılmasıdır. Bu bilik mühəndisinin vəzifəsidir və sistem təhlili, koqnitiv 
psixologiya, riyazi məntiq kimi xüsusi biliyə malik mühəndis predmet oblastının 
modelini qurmalıdır. Həmin model ekspertin istifadə etdiyi modeli təkrarlaya 
bilməlidir.
Bilik ələ keçirmənin bir neçə metodu var ki, əsas olanları aşağıdakılardır: 
1. Ən yararlı bilik əldə etmək üsulu ekspertin əvvəlki təcrübələrinə göz 
gəzdirməkdən çox onunla üzbəüz müsahibə almaqdır. 
2. Müxtəlif əlaqə vasitələrindən istifadə ilə bilik mübadiləsini həyata 
keçirmək də effektivdir. 
3. Video əlaqə də bilik ələ keçirmə və fikir mübadiləsi üçün indiki dövrdə 
əlverişli vasitədir.
Bilik əldə ediləcək şəxslə yaxşı müsahibə informasiyanın daha tam və dəqiq təqdim 
edəcəyinə stimul verir. Sadəcə sual verməklə qarşı tərəfdən almaq istədiyin bildiyi 
ala, həmçinin onu lazım olan vəziyyətə gətirmək olar. Yaxşı suallar qəraraların 
arxasındakı səbəbləri araşdırır.
Bilik ələ keçirmənin 3 aspekti və hər aspektin müxtəlif təbəqələri vardır. 

Psixoloji aspekt 

Kontakt 


49 

Prosedur 

Koqnitiv 

Linqvistik aspekt 

Ümumi kod problemi 

İstifadəçi tezaurusu(lüğəti) 

Anlayış strukturu 

Qnoseoloji aspekt
Psixoloji aspekt ünsiyyət modeli olub bazanı yaradacaq bilik mühəndisi və 
ekspertin dialoqu nəticəsində biliklərin çıxarılması aspektidir. Biliyin ələ 
keçirilməsinin ən yaxşı üsulu ünsiyyət sayılsa da onun da bir neçə çatızmazlıqları var. 
Belə ki, ekspertlə mühəndis arasında dialoq baş tutarkən ekspert ümumi biliyinin ən 
yaxşı halda 90%-ini ifadə edə bilir, mühəndis isə bunun 80%-ini eşidir, 60%-ini başa 
düşür, yadda qalan həcmi isə sadəcə 24%-ə bərabər olur. Yəni, bilik üzrə mühəndis 
ekspertin biliyinin sadəcə ¼-ini ələ keçirməyə müvəffəq olur. Əlbəttə ki, bu faizi 
artırmaqçün müxtəlif əlavə təsirlər etmək mümkündür. Bunun üçün psixoloji aspektin 
təbəqələrinə nəzər salaq. 
Ilk təbəqə kontakt təbəqəsidir, hansı ki ekspertlə mühəndisin bilik mübadiləsinə 
ətraf mühitin təsirindən birbaşa asılıdır. Bilik ələ keçirmə zamanı adətən elə yerlər 
seçilməlidir ki, orada fikir dağınıqlılığına səbəb olacaq hər hansı bir təsir olmasın. 
Həmçinin, uğurlu nəticə almaq üçün rəqabət halında deyil, birlik formasında fəaliyyət 
göstərmək olduqca əhəmiyyətlidir. Yaxşı yaddaş, diqqət, müşahidəçilik, analitik 
düşünmə və nəticə çıxara bilmə bacarığı, o cümlədən öz xarici görünüşünə fikir 
vermə kimi xüsusiyyətlər bilik mühəndisinə bilik əldə etmək üçün yardım edəcək 
xassələrdir. 
Prosedur təbəqəsində ətraf mühitə diqqət azalır və əsas fikir bilik ələ keçirməyə 
yönəlir. İşgüzar söhbət zamanı mühəndis ekspertin biliklərindən yaxşı yararlanmaq 
üçün həm qeydlər apara, həm də səsyazma vasitələrindən istifadə edə bilər. Ekspertlə 
bilik mühəndisi fikir mübadiləsi apararkən çevik və sərbəst formada danışmalıdırlar. 


50 
Koqnitiv təbəqə bilik mühəndisinin ekspertlə davranışının bir sıra xüsusiyyətləri ilə 
xarakterizə olunur. Bilik mühəndisi: 

fikrini rahat ifadə edə bilməsi üçün ekspertə şərait yaratmalıdır; 

bilik ələkeçirmədə məqsədin nə olduğunu anlamalıdır; 

bilik mübadiləsi zamanı ekspertin mülahizələri əsasında tez-tez sxemlər 
çəkməlidir, qeydlər aparmalıdır.
Yuxarıda qeyd olunduğu kimi, bilik mübadiləsi prosesində ön planda olan məsələ 
bilik mühəndisi ilə ekspertin dialoqunun anlaşıqlı olmasıdır. Yəni, onlar fikirlərini nə 
qədər aydın ifadə etsələr və ünsiyyət zamanı bir-birlərini anlasalar, əldə olunan bilik 
də o qədər keyfiyyətli olar. Linqivistik aspektin də psixoloji aspekt kimi özünətərz 
təbəqələri vardır ki, onların hər biri ünsiyyət qurarkən əhəmiyyət daşıyır. 
Bildiyimiz kimi, ekspertlə bilik üzrə mühəndisin terminalogiyası eyni olmaya 
bilir. Ekspertin dili 

predmet oblastına yuğun xüsusi terminologiya; 

ümumelmi terminologiya;
o məişət dili

peşə jarqonu – kimi komponentlərdən ibarət olduğu halda, mühəndis 
müxtəlif ədəbiyyatlardan öyrəndiyi terminlər, nəzəri hazırlıq zamanı qəbul 
edilmiş ümumelmi terminologiya və məişət danışıq dilindən istifadə edə 
bilir.
Ekspertin danışıq zamanı istifadə etdiyi terminləri bilik mühəndisi öyrəndiyi 
zaman onlar arasında ümumi kod yaranmış olur. Yəni, müxtəlif terminlərdən istifadə 
zamanı artıq onlar ümumi kod vasitəsilə deyilənləri anlamaq şansı əldə edirlər. 
Biliklər bazası doldurularkən istənilən hər hansı predmet oblastındakı biliklərin 
strukturlarının konseptual təhlili nəticəsində yaradılmış qlobal sxem anlayış 
strukturunu ifadə edir. Baza yaradıldığında istifadəçi interfeysinin şəffaf olmasına 
mane olan anlaşılmayan terminlərin izahı üçün lüğətin genişləndirilməsinə ehtiyac 


51 
yaranır ki, bunun üçün də əlavə ensiklopediyalardasn istifadə etmək lazım olur. Son 
istifadəçinin peşəkar davranışı üçün terminalogiyanın anlaşıqlı olması olduqca 
vacibdir.
Qnoseologiya 18-ci ərdə yaranmış “bilik və idrak fəlsəfəsi”-ni əks etdirən 
termindir, gerçəkliyin insan təfəkküründə inikası nəzəriyyəsidir. Bilik mühəndisliyi 
elm kimi ikiqat qnoseoloji sayılır. Çünki gerçəklik ilk olaraq ekspertin 
təfəkküründəinikas edir, daha sonra ekspertin təcrübəsi bilik mühəndisinin 
təfəkküründə interpretasiya edilir. Nəticədə ekspert sisteminin diqqət mərkəzində 
gedən üçüncü interpretasiya üçün təməl təşkil edilmiş olur: 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin