Dil və alətlər
Təqdim olunma sxemi
Həyata keçirildiyi dil
OPS5
Qaydalar
LISP/BLISS
EMYCİN
Qaydalar
INTERLISP
HEARSY-Hİ
Qaydalar
INTERLISP
EXPERT
Qaydalar
FORTRAN
ROSİE
Qaydalar
INTERLISP
KS300
Qaydalar
INTERLISP
AGE
Qaydalar
INTERLISP
KAS
Qaydalar və semantik şəbəkələr
INTERLISP
KMS
Qaydalar/freymlər
LİSP
KEE
Qaydalar və freymlər
INTERLISP
RLL
Freymlər
INTERLISP
PSRL
Qaydalar və freymlər
FRANZLİSP
LOOPS
Qaydalar və freymlər
INTERLISP-D
KL-ONE
Semantik şəbəkələr
INTERLISP
C-PROLOG
Məntiq
C
39
Mühəndis layihələndirmələri üçün bilik bazalı ekspert sistemlər sistemin
ünvanlanacağı layihələndirmə prosesinin identifikasiyasını tələb edir. Problem
müəyyən edildikdən sonra həll strategiyası və ya strategiyalar toplusu
formalaşdırılmalıdır. Bu zaman istifadə olunacaq dil və alətlərin seçimi problemin
xarakterindən və nəzərdə tutulmuş həll strategiyasından asılıdır.
Üç dil - OPS5, SRL və PROLOG - mühəndis layihələndirməsi paradiqması tətbiq
edilərək müzakirəyə qoyuldu və bu dillərin müxtəlif xüsusiyyətlərini göstərmək üçün
sadə bir problem göstərildi: problem FORTRAN və ya hər hansı prosedur dilində
daha asan kodlaşdırıla bilərdi. Nəticədə adıçəkilən dillər bütün ekspert sistemlərin
qurulmasında istifadə olunan biliklərin müxtəlif təsvir üsullarını- qaydalar, freymlər,
məntiq və s. göstərmək üçün seçildi. OPS5 və PROLOG istifadəçini ilkin
nəticəçıxarma mexanizmi ilə təmin etdiyi halda, SRL istifadəçidən nəticəçıxarma
mexanizmini LİSP proqramlaşdırma dilində yazmağı tələb edir. Bu da hər hansı
nümunənin həyata keçirilməsi zamanı OPS5 və PROLOG-un istifadəsini SRL-ə
nisbətdə daha qənaətbəxş edir. Lakin bütün bunlara baxmayaraq, SRL
proqramlaşdırma
dilində
göstərilən
nəticəçıxarma
mexanizmi
iyerarxik
layihələndirmə proseslərinin həyata keçirilməsi üçün daha faydalı hesab edilir.
PSRL və LOOPS kimi dillər qayda-əsaslı və freym-əsaslə proqramlaşdırma
paradiqmalarının birləşdirilərək istifadəsi üçün təklif edilmiş dillərdir. Problemlərin
həlli üçün dil və alət seçimi edilərkən nəzərdə tutulan əsas məsələ onların alqoritmik
proqramları sonlu elementlər proqramı kimi adekvat interfeyslə təmin etməsidir.
Müxtəlif əməliyyat sistemləri və instrumentləri ilə edilən təcrübələrə əsaslanaraq
demək olar ki, PSRL tipli proqramlaşdırma dillərində qurulan UNİX kimi sistemlər
bilik bazalı ekspert sistemlərin qurulması üçün daha adekvat mühit təklif edir.
|