Direktorların işə qəbulu üzrə müsabiqənin yazılı imtahan mərhələsi üzrə
nümunə test tapşırıqları
1. Menecerlərdən fərqli olaraq liderlər təşkilatda müsbət dəyişikliyə nail olmaq üçün
aşağıdakılardan hansını edər?
A) Baş verənlərə çevik reaksiya verər.
B) Hədəflərə çatmaq yolunda fəaliyyətləri birləşdirmək yolunda özü nümunə olar.
C) Formal
hakimiyyətindən, səlahiyyətlərindən istifadə etməklə təsir edər.
D) Təşkilati nəzarətə diqqəti yönəltməklə dəyişikliyə nail olmağa çalışar.
E) Büdcənin düzgün planlaşdırılmasına köklənər.
2. Menecment haqda nəzəriyyələrə əsasən, menecer müxtəlif bacarıqlara sahib olmalıdır.
Bu nəzəriyyələrə əsaslansaq, aşağıdakı bacarıqlardan hansı idarəçilər üçün ən vacibidir?
A) Müxtəlif tip insanlarla və qruplarla işləməyi
bacarmaq
B) Hər hansı bir ixtisas üzrə yüksək
səviyyəli mütəxəssis olmaq
C) Yaradıcı və innovativ olmaq
D) Texniki bacarıqları yüksək olmaq
E) Yuxarı rəhbərliyin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirmək
3. Aşağıdakı bəndlərdən hansında strateji idarəetmənin vacib dörd sütunu düzgün verilib?
A) Vizyon, Missiya, Məqsəd və Hədəf
B) Vizyon, Missiya, Problem və Həll yolu
C) Vizyon, Dəyərlər,
Hədəflər və Nəticə
D) Vizyon, Missiya, Məqsəd və Həll yolu
E) Məqsəd, Hədəflər,
Həllər və Nəticə
4. İşçilərin motivasiya edilməsi təşkilatın məqsədlərinə çatmaq üçün çox əhəmiyyətlidir.
İşçilərin motivasiyalı olmasını təmin etmək haqda aşağıdakı fikirlərdən hansı ən
uyğundur?
A) Maaş artımı hər bir işçinin işə motivasiyasını artırır
B)
Hər bir işçi fərqlidir, hər birinə fərdi ehtiyaca əsasən yanaşmalısan
C) Maaşını vaxtında alan hər bir işçi işə tam motivasiyalı olacaq
D) Tez-tez verilən maddi mükafatlar işçini motivasiya edən yeganə amildir
E) İşini düzgün yerinə yetirə bilməyən işçi haqda şikayətlərini
ümumi iclasda bildirmək