Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3.17 Mb.
səhifə14/91
tarix23.12.2016
ölçüsü3.17 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   91

Nöqtələr


●“Səfvət” sözündən olan “istəfa” sözü xalis mənasını bildirir. Xalislərdən seçim göstərir ki, insanlar və mələklər arasında ləyaqətliləri, xalisləri vardır.

●Əbuzər həzrət Peyğəmbərdən (s) nəql edir ki, peyğəmbərlərin ümumi sayı 124000 nəfər olmuşdur. Onlardan 313 nəfəri rəsuldur.1

●Allahın mələkləri eyni deyil. Onların məqam və məsuliyyətləri fərqlənir. Cəbrail, Mikail, Əzrail kimi bəzi mələklərin daha üstün məqamı var.

Bildirişlər


1. Peyğəmbər seçimi yaradan və hər şeydən xəbərdar olan Allahın haqqıdır.

2. Hər kəsdə elçilik ləyaqəti və istedadı olmur.

3. Aləm Allahın hüzurudur.

4. Əgər Allah hər şeydən xəbərdardırsa və hər birimiz Ona doğru qayıdacağıqsa günaha yol verməyək.

5. Allah varlıq aləmini elə yaradıb ki, hər şey Ona doğru qayıdışdadır.

6. Allaha doğru hərəkət mövcudların istəyindən asılı deyil.

7. Varlıq karvanı müəyyən bir hədəfə doğru hərəkətdədir.

Ayə 77:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ﴾

Ey iman gətirənlər!” Rükuya əyilin, səcdə qılın, Rəbbinizə ibadət edin, xeyir işlər görün. Ola bilsin ki, nicat tapasınız.”



Nöqtələr


●Rüku və səcdələr ibadət nümunəsi olsa da, bu ayədə uyğun nümunələrin “ibadət edin” göstərişi ilə yanaşı işlənməsi namazın, rüku və səcdə rüknlərinin (əsaslarının) əhəmiyyətini göstərir.

İnsanın xoşbəxtliyə çatması üçün iki proqram təqdim olunur və onun qurtuluşu hər iki proqramın icrasından asılıdır:

a) Rüku, səcdələr və digər ibadətlər kimi sabit proqramlar:

b) Zaman və məkanla şərtlənən dəyişən proqramlar.


Bildirişlər


1. İxtiralar, kəşflər kimi xeyir işlər iman və bəndəlik sayəsində səmərəli olur.

2. Rüku, səcdə, ibadət, xeyir iş əhli olsanız da nicat tapdığınızı düşünməyin.Çünki qürur bəlası və əməllərin puça çıxması daim sizin sorağınızdadır.

3. Qurtuluş təkamülün son mərhələsidir. İbadət və xeyir işlərdən sonra qurtuluşa ümid etmək olar.

Ayə 78:


﴿وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ مِّلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ هُوَ سَمَّاكُمُ الْمُسْلِمينَ مِن قَبْلُ وَفِي هَذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاء عَلَى النَّاسِ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ فَنِعْمَ الْمَوْلَى وَنِعْمَ النَّصِيرُ﴾

Allah yolunda Ona layiq cihad edin! O sizi (ümmətlər arasından seçdi) və dində (İslamda) sizin üçün heç bir çətinlik qoymadı. Atanız İbrahimin ayini (sorağınca gedin). O sizi öncədən müsəlman adlandırdı. Bu peyğəmbər sizə, siz də xalqa şahid olasınız deyə! Namaz qılın, zəkat ödəyin, Allaha bağlanın. O sizin mövlanız və haminizdir. Necə də yaxşı himayə, necə də yaxşı kömək!”



Nöqtələr


●Bildiyimiz kimi, şahidlik üçün elm və ədalətə ehtiyac var. İnsanlar adil və agah deyil ki, başqalarına şahid olsun. Demək, müsəlmanların şahidliyi dedikdə onlardan bəziləri nəzərdə tutulur. Bu müsəlmanlar xalqın əməl və rəftarlarından xəbərdardırlar, etibarlı və ədalətlidirlər. Rəvayətlərdə bildirildiyi kimi, bu zümrə Peyğəmbər Əhli-beyti və məsum imamlardan (ə) ibarətdir. Bizim əməl və rəftarlarımız onlara təqdim olunur.

●Allah surənin başlanğıcında Qiyamətin böyük zəlzələsindən və şiddətli əzabdan danışır. Surənin sonunda isə cihad, namaz və zəkat mövzuları yad edilir. Qeyd olunur ki, Allah bütün bəndələrinin mövlası və himayəçisidir. Bu nöqtədən aydın olur ki, Qiyamətin böyük zəlzələsi və şiddətli əzabdan qurtuluş üçün Ona bəndə olmalı, Onun pənahına sığınmalıyıq.

●Çətinliyin olmaması qeydi ilahi hökmlərin asanlığını göstərmir. Çünki həmin ayədə buyurulur: “Ona layiq olduğu kimi cihad edin.” Aydın məsələdir ki, cihad yetərincə çətin işdir. Dində çətinliyin olmaması çıxılmaz vəziyyətin olmamasına işarədir. Məsələn, cihad göstərişi xəstələrə, əlillərə, korlara, qocalara, qadınlara, uşaqlara və zəiflərə aid deyil. Bununla belə, bütün çətinliklərə baxmayaraq müdafiə zəruri vəzifədir.

Bildirişlər


1. İşin dəyəri məqsəddən, üsuldan və qədərdən asılıdır. Var qüvvə ilə aparılan cihad dəyərlidir.

2. İnsanların şəxsiyyətinə hörmətlə yanaşın, çətinlik yaratmayın.

3. Qanun tənzimləyərkən xalqın gücünü nəzərə alın.

4. İslam asan dindir, onun hökmlərində istisna var. Hökmün icrası üçün münasib zaman və məkan şərtdir.

5. İslam İbrahim ayinidir və onun yetərincə böyük keçmişi var.

6. Peyğəmbərlər ümmətlərin atalarıdır.

7. “Müsəlman” adı öncədən bizim üçün seçilmiş mübarək addır.

8. Həzrət Peyğəmbər (s) əməllərimizə şahiddir.

9. Namaz və zəkat Allaha təşəkkürdür.

10. Təkcə müsəlmanlıqla kifayətlənməyək. Namaz, zəkat, Allaha bağlılıq kimi iftixarın qədrini bilək.

11. Bəşəri hakimiyyətlərin qanuniliyi ilahi vilayətlə tamamlanmaqdan asılıdır.

MUMİNUNSURƏSİ

(23-cü surə, 118 ayə)

On səkkizinci cüz

“Muminun” surəsinin siması


118 ayədən ibarət olan bu surə Məkkədə nazil olmuşdur.

Surənin başlanğıc ayələrində möminlərin siması və iman nişanələri bəyan olunduğundan onu “muminun” adlandırmışlar. Surədə həzrət Nuh, Hud, Musa və İsa kimi peyğəmbərlərin sərgüzəştlərindən, müxtəlif qövmlərin onların dəvətinə cavabından da danışılır.

“Muminun” surəsinin tilavətinin fəziləti haqqında İmam Sadiq (ə) buyurur: “Bu surənin xüsusi ilə cümə günlərində tilavətinin davamı dünya və axirət səadətinə, Firdovs cənnətlərdə ilahi peyğəmbərlərlə yoldaşlığa səbəb olur.1

Rəhman və rəhim Allahın adı ilə


﴿بسم الله الرحمن الرحيم﴾

Ayə 1, 2:


﴿قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ﴾

Şübhəsiz, möminlər nicat tapdılar. Həmin kəslər ki, namazlarında xüşuludurlar (mütidirlər).”




: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hİcab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə
doc -> Birinci bölmə: İslam və Elm
doc -> Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı
doc -> Tibbur-Rəsul (Peyğəmbər təbabəti)
doc -> HÜcr ibn əDİ (İdeallarla tanışlıq)


1   ...   10   11   12   13   14   15   16   17   ...   91


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə