Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə11/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   522

Nöqtələr


●“Yazıldı” sözü şeytanın məcbur edildiyini göstərmir. Çünki başqa bir ayədə şeytanın öz iradəsi ilə, inadkarlıq səbəbindən səcdə etmədiyi və Allaha qarşı çıxdığı bildirilir. Qeyd olunur ki, şeytan insanları azdıracağına and içmişdir.1 “Onun üçün yazıldı” dedikdə şeytanın öz istək və iradəsi əsasında ardıcıllarını azdırmasının labüdlüyü nəzərdə tutulur.

Bildirişlər


1. Şeytan yolu seçiminin və ona itaətin qəti ilahi əzabdan savay nəticəsi yoxdur. (Günahkarlar üçün cəza yalnız onlar günaha batdıqdan sonra müəyyənləşdirilir.)

2. Şeytana tabeçilik onun vilayətini, hakimiyyətini qəbul etməkdir.

3. Şeytan istədiyini yox, ona tabe olanları azdırır.

4. Bütün şeytanlar insanları bir yola çəkir; yandırıcı oda!




Ayə 5:


﴿يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاء إِلَى أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ وَمِنكُم مَّن يُتَوَفَّى وَمِنكُم مَّن يُرَدُّ إِلَى أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ﴾

Ey insanlar! Qiyamətə şəkkiniz varsa (öz vücudunuza diqqət yetirməklə şəkkinizi aradan qaldırın). Biz sizi torpaqdan, nütfədən, sonra laxta qandan, daha sonra ətdən yaratdıq. Bəzisi kamil şəkilə düşdü, (dünyaya gəldi), bəzisi kamil şəkilə gəlmədi (vaxtından əvvəl düşdü). (Bununla da istədik ki, hər şeyə qadir olduğumuzu) sizə aşkarlayaq. (Bətndəkilərdən) istədiyimizi müəyyən nəticəyədək anaların bətnində qərar verər, sonra körpə şəklində bayıra çıxararıq ki, yetkinlik həddinə çatasınız. (Bu arada) sizlərdən bəzisi ölər, bəzisi həyatın ən rəzil mərhələsinə (qocalığa) çatar və bildiklərini əldən verər. Torpağı (qışda) quru və ölü görərsən. Elə ki, üzərinə yağış yağdırarıq, hərəkətə gələr, inkişaf edər, növbənöv gözəl otlar bitirər.”




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin