Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1.19 Mb.
səhifə7/91
tarix23.12.2016
ölçüsü1.19 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   91

Nöqtələr


●“Qəvləz-zur”, yəni “batil söz” təbiri üçün bir sıra nümunələr göstərilmişdir: yalan, nahaq şəhadət, ğina (haram musiqi). “Hurumatillah”, yəni «Allahın hörmətli saydıqları» təbiri üçün Allahın qanunları, Allahın kitabı, Peyğəmbər Əhli-beyti (ə) nümunə olaraq göstərilmişdir. Bütün sadalananların hörmətini saxlamaq zəruridir.1

●Yalan şahidlik Allaha şirk cərgəsində dayanır və “qovləz-zur” nümunəsi olaraq böyük günah kimi tanıtdırılır.2


Bildirişlər


1. Allahın möhtərəm saydığını əziz tutaq (ilahi göstərişləri ehtiram və əzəmətlə xatırlayaq, onları şadlıq və həssaslıqla yerinə yetirək).

2. İlahi qanunlara və müqəddəsliklərə hörmət öz xeyrimizədir. Bu hörmətə görə Allah mükafat vəd edir.

3. Vəhyə əsaslanan xüsusi bir dəlil olmasa, dördayaqlı heyvan halal sayılır.

4. Bütpərəstlik çirkaba batmaqdır. (İslamdan öncə həcc və qurbanlıq mərasimləri şirk və bütpərəstliyə bulaşmışdı.)


Ayə 31:


﴿حُنَفَاء لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِ وَمَن يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاء فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ﴾

Hamılıqla Allah üçün xalis olduğunuz və Allaha heç bir şərik qoşmadığınız halda (həcc mərasimini yerinə yetirin). Allaha şərik qoşan kəs sanki səmadan süqut etmişdir, bir quş onu fəzada alıb aparmışdır, külək onu uzaq bir məkana atmışdır.”



Nöqtələr


●“Hənif” sözünün cəm forması olan “hunəfa” sözü “haqq dinə tabe olan kəs” mənasını bildirir.

●“Xətəf” cəld oğurluq, “səhiq” uzaq mənasını bildirir.

●Tövhid hər şeyə dəyər verirsə, şirk ən üstün mövcudları dəyərdən salır. Aləmlərin Rəbbinə iman gətirmiş hud-hud (şanapipik) quşu müşrik xalqın hidayəti üçün çalışmaqla elə bir məqama çatdı ki, bir məntəqə üçün hidayət vasitəsi oldu. İnsan isə şirk səbəbindən elə alçalır ki, quşa yem olur.

●Quran məsəlləri hansısa zaman və ya məkanda öz aktuallığını itirmir. Bu misallar həm təbiidir, həm də dərk olunası.


Bildirişlər


1. Qurbanlıq, təvaf, nəzrə vəfa və bütün digər əməllər yalnız Allah üçün olsun.

2. Allahdan başqa hansı gücə güvənsək, sonda süquta uğrayasıyıq.

3. Şirk kimsəyə bağışlanmır.

4. Tövhid və ixlas səmada hüzur, şirk səmadan süqut və quşlara yem olmaq kimidir.

5. Allahdan uzaq düşməklə süquta uğramaq arasında bir an belə fasilə yoxdur.

6. Ən müqəddəs işlər ən müqəddəs yerlərdə və ən müqəddəs vaxtlarda həyata keçsə, amma ixlasla müşayiət olunmasa, sonu inkişaf yox, süqutdur.

7. İxlas insanı tufanlardan sığortalayır, ixlassızlıq isə onu tufanlara düçar edir.

8. Hətta bir anlıq şirk insanın əlindən bütün sərmayəsini alır.



Ayə 32:


﴿ذَلِكَ وَمَن يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِن تَقْوَى الْقُلُوبِ﴾

Budur (Allahın Həcc haqqındakı göstərişləri). Hər kəs Allahın mərasimlərini əziz tutsa, bu, qəlblərin təqvasındandır.”



Nöqtələr


●Qurani-Kərim digər ayələrdə iki dəfə aşkar şəkildə Həcc mərasimlərini ilahi mərasimlərdən sayır: Bir dəfə “Səfa və Mərvə”, digər dəfə “qurbanlıq dəvələr” təbiri ilə. Amma ilahi mərasimlər bununla başa çatmır, bütün kollektiv ibadətlər ilahi mərasim sayılır. Cümə namazları, cəmiyyət namazları və bütün həcc mərasimi uyğun ayinlərdəndir.

●Təqva müxtəlif nişanələrlə anlaşılan ruhi halətlərdəndir. Çünki zahiri işlərdə günahla savab arasında bir o qədər də fərq yoxdur. Məsələn, xalisanə namaz riyakarlıqla qılınan namazdan zahirən fərqlənmir. Onlardan birini dəyərli, digərini dəyərsiz edən qəlblərə aid olan ruh və batindir.


Bildirişlər


1. Daxili təqvanın zahiri nişanələri də olmalıdır. İlahi mərasimlərə etinasızlıq göstərən şəxsin əslində qəlb təqvası yetərsizdir.

2. Anma mərasimləri rəqabət yox, təqvaya əsaslanmalıdır.


Ayə 33:


﴿لَكُمْ فِيهَا مَنَافِعُ إِلَى أَجَلٍ مُّسَمًّى ثُمَّ مَحِلُّهَا إِلَى الْبَيْتِ الْعَتِيقِ﴾

Onda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən vaxtadək mənafe vardır. Sonra onun (qurbanlığın) yeri qədim və azad evə (Kəbəyə) doğrudur.”



Nöqtələr


●Bəziləri elə güman edirdilər ki, qurbanlıq üçün seçilmiş heyvandan minik kimi istifadə etmək, onun südünü sağmaq olmaz. Hazırkı ayə belə bir yanaşmanı rədd edir.

Bildirişlər


1. İlahi mərasimləri yüksək tutmaqla sizin maddi mənafeləriniz də təmin olunur.

2. Həcc mərasimində Kəbə mehvər götürülür.



Ayə 34:


﴿وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَى مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ فَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا وَبَشِّرِ الْمُخْبِتِينَ﴾

(Qurbanlıq vəzifəsi təkcə sizin ümmətə aid deyil,) Biz hər bir ümmət üçün bir ayin müəyyənləşdirdik. Qurbanlıq zamanı onlara ruzi edilmiş heyvan üzərində Allahın adını çəksinlər. Sizin Allahınız yeganə məbuddur. Yalnız Ona təslim olun. Xalis bəndələrə müjdə ver.”



Nöqtələr


●“Xəbt” sözündən olan “müxbitin” sözü çala-çökəksiz, geniş və hamar yer mənasını bildirir. İstənilən bir şirkdən uzaq, aram və arxayın insan “muxbit” adlanır.

●“Mənsək” sözü məsdər, zaman və ya məkan ismi ola bilər. Uyğun yanaşmaya əsasən, ayə belə mənalandırıla bilər: “Biz hər bir ümmət üçün ibadət proqramı, qurbanlıq üçün vaxt, ondan ötəri məkan müəyyənləşdirdik.


Bildirişlər


1. Bütün səmavi dinlərdə qurbanlıq proqramı var.

2. Qurbanlıq zamanı Allahın adını dilə gətirmək lazımdır.

3. Allaha yalnız vəhy yolu ilə bəndəlik edilməlidir.

4. Məbudumuz yeganə Allahdır. Allah bizim həm dinimizi, həm də dünyamızı təmin edir.

5. Allahın adı o qədər dəyərlidir ki, heyvanın kəsimi zamanı bu adın dilə gətirilməsi əti halal edir.

6. Allahpərəst insanların qidasında da ilahi rəng olmalıdır.

7. Allahdan qeyrisinə təslim olmayın.

8. Bütün dinlərdə Allahın adının çəkilməsi qeyd olunur. Məlum olur ki, hamının məbudu bir Allahdır. Əgər başqa bir məbud olsaydı, uyğun mərasimlər fərqli şəkildə nəzərdə tutulardı.

9. İlahi müjdələr Allah qarşısında təvazökar və təslim olmuş kəslərə ünvanlanmışdır.

Ayə 35:


﴿الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَى مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلَاةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ﴾

(“Muxbitin”) o kəslərdir ki, Allahın adı çəkildiyi vaxt qəlbləri qorxudan lərzəyə gələr, düçar olduqlarına səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.”




Каталог: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hİcab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə
doc -> Birinci bölmə: İslam və Elm
doc -> Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı
doc -> Tibbur-Rəsul (Peyğəmbər təbabəti)
doc -> HÜcr ibn əDİ (İdeallarla tanışlıq)


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   91


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə