Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1.19 Mb.
səhifə6/91
tarix23.12.2016
ölçüsü1.19 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   91

Nöqtələr


●“Zamir” dedikdə piyi ərimiş, əzələləri möhkəmlənmiş çağ, iti heyvan nəzərdə tutulur. Belə heyvan sanki yarış üçün hazırlanmışdır. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 28-ci xütbəsində buyurur: “Bu gün özünüzü çağ saxlayın ki, Qiyamətdə önə keçə biləsiniz.”

●Rəvayətdə oxuyuruq: “Həzrət İbrahim dedi: “Pərvərdigara! Sözümü kimsə eşitmir.” Allah-təala buyurdu: “Sən haray çək, mən xalqa çatdıraram.”

●Kəbə ziyarətçilərinin ilkin vəzifəsi ehram libası geymək və “ləbbəyk, əllahummə ləbbəyk” deməkdir. İmam Sadiq (ə) buyurmuşdur: “Bu sözlər İbrahimin dəvətinə cavabdır.”1

Həzrət Peyğəmbər (s) hicri 10-cu ildə Mədinədə göstəriş verdi ki, azançılar uca səslə xalqı Peyğəmbərlə (s) birlikdə Həccə dəvət etsinlər.2


Bildirişlər


1. Allah övliyalarının bugünki harayı gələcək nəsillərə təsir edir.

2. Peyğəmbərlər “əmr be mərufda”, yəni yaxşılığa dəvətdə öncül olmuşlar.

3. Həccə getmək övliyaların hüzuruna yetişməkdir.

4. Allah qeybdən, gələcəkdən xəbər verir.

5. İnsan öhdəsinə vəzifə götürdükdə müqəddimə üçün hazırlıq görməlidir.

6. Həccə piyada səfər süvari halda olan səfərdən üstündür.

7. Bir işdə eşq və istək olduqda növbəti mərhələdə imkanlar üzə çıxır.

8. Həcc yeganə ünvandır ki, daim dünyanın müxtəlif məntəqələrindən ona doğru hərəkətdə olanlar var.


Ayə 28:


﴿لِيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَّعْلُومَاتٍ عَلَى مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسَ الْفَقِيرَ﴾

(İnsanlar hər tərəfdən Həccə axışırlar ki,) öz müxtəlif mənafelərinə şahid olsunlar, xüsusi Həcc günlərində onlara ruzi edilmiş dilsiz-ağızsız dördayaqlılara görə Allahı yad etsinlər. Onların ətindən yeyin, çarəsiz yoxsula yedirin.”


Nöqtələr


●İmam Sadiq (ə) buyurmuşdur: “Xüsusi günlər dedikdə (qurbandan sonrakı) təşriq günləri, yəni zilhiccənin 11, 12 və 13-cü günləri nəzərdə tutulur.”1

●İmam Sadiq (ə) buyurmuşdur: «Allahın zikri dedikdə, “Əllahu əkbər” və on beş namazdan sonraya aid məşhur bir duadakı cümlələr nəzərdə tutulur. Bu namazların birincisi qurban gününün zöhr (günorta) namazıdır.»2

●İmam Kazim (ə) bir şəxsin sualına cavab olaraq buyurdu: “Məkkə qurbanlığının dərisi sallaqxanaya muzd verilə bilər. Çünki yalnız yeməli hissə istifadə olunur və ya fəqirə verilir. Dəri isə yeməli deyil.”3

●Həccin siması haqqında bunları deyə bilərik:

–Həcc ümumi bir səfərbərlik, müvəhhidlərin (təkallahçıların) manevridir.

–Həcc eşq və bəndəliyin gözəl çöhrəsidir.

–Həcc İbrahim (ə), İsmail (ə), Məhəmməd (s) kimi peyğəmbərlərin xatirələrini və xidmətlərini əbədiləşdirməkdir. (Onların hər birinə Allahın salamı olsun!)

–Həcc müsəlmanların beynəlmiləl yığıncaq mərkəzidir.

–Həcc İslam dünyasının qarşılıqlı rabitə və məlumatlar mübadiləsi mərkəzidir.

–Həcc müsəlmanlar üçün iqtisadi dayaq olur, on minlərlə müsəlmana iş yeri yaradılır.

–Həcc İslam təbliğatı, İslama qarşı qurğuların ifşası, məzlumların himayəsi, kafirlərə nifrət və onların qəlbində qorxu yaradılması üçün ən üstün fürsətdir.

–Həcc tövbə, ölüm və məadın xatırlanması, dünyəvi bağlılıqların qırılması, vəfat və məhşər səhrasının müşahidəsi, həzrət Mehdinin (ə) intizarı üçün ən münasib fürsətdir.


Bildirişlər


1. Müsəlmanlar maddi və mənəvi mənafelər əldə etmək üçün Həcc səhnəsində iştirak etməlidir.

2. Həccin mahiyyəti o qədər mühümdür ki, bu mənafeni əldə etmək üçün dünyanın ən uzaq nöqtələrindən yola çıxmağa dəyər.

3. Allah əmrlərinin icrası, Həcdə ilahi niyyətə malik olmaq müxtəlif nemətlərdən bəhrələnməklə zidd deyil.

4. İlahi göstərişlər insanların öz xeyrinədir.

5. Həcdə həm dünyəvi, həm də üxrəvi (axirətə aid) faydalar var. İmam Sadiq (ə) buyurur: “Ayədə mənafe deyərkən dünya və axirət mənafesi nəzərdə tutulmuşdur.”1

6. İbadətin fəlsəfəsi Allahın yada salınmasıdır. Namaz da eyni mahiyyət daşıyır.

7. Zaman ünsürü duanın qəbuluna təsir göstərir. (İslami ibadətlərin xüsusi vaxt bölgüsü var)

8. Dördayaqlılar, onların insan qarşısında təslimçiliyi və qurban kəsilməsi bəşəriyyətə verilmiş ilahi nemətlərdəndir.

9. Ziyarətçilər özləri də qurban ətindən istifadə edə bilər. (Cahiliyyət dövründə isə ziyarətçi öz qurbanlığından istifadə edə bilməzdi.)

10. Həcdə iştirak və ondan bəhrələnmə yoxsulluğun aradan qaldırılması ilə müşayiət olunmalıdır.

11. Varlıların həcdə iştirakı onlara yoxsulları unutdurmamalıdır.

Ayə 29:


﴿ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ﴾

(Allah evinin ziyarətçiləri qurban günü qurbanlıq edib) sonra öz bulaşıqlıqlarını təmizləsinlər, nəzirlərinə vəfa qılsınlar, qədim və azad evi (Kəbəni) təvaf etsinlər.”



Nöqtələr


●“Təfəs” sözü çirk, tük, dırnaq, bığ mənalarını bildirir. “Summəl-yəqzu təfəsəhum”, yəni dırnaq və tükdən kəsməklə ehram halından çıxın, sonra Həcc əməllərinin davamı üçün Kəbə evini təvaf edin.

●Qurban bayramı günü Mina torpağında Allah evinin ziyarətçiləri üçün üç əməl vacibdir:

1. Şeytana yeddi daş vurmaq;

2. Ötən ayədə haqqında danışılan qurbanlıq;

3. Hazırkı ayədə qeyd olunduğu kimi başı qırxmaq, saç və ya dırnaqdan qısaltmaq.

●İmam Baqir (ə) buyurur: “Kəbənin nə sakini, nə də sahibi var. Bu ev azad bir evdir.”2


Bildirişlər


1. Təmizlik namaz kimi bəzi ibadətlərdə giriş şərti, Həcc kimi bəzi ibadətlərdə əsas şərt, Quran qiraəti kimi ibadətlərdə isə kamillik şərti sayılır.

2. Təmizliyin qorunması sadəcə bir tövsiyə yox, ciddi tapşırıqdır.

3. Bulaşıqlığı yaradan insan özüdür. Mənafelər isə insan üçün müəyyənləşdirilmiş ilahi mərhəmətlidir.

4. Müqəddəs və azad bir ev ətrafında təvaf üçün bulaşıqlıqlardan və öhdəçiliklərdən azad olmaq lazımdır.

5. Nəzri yerinə yetirmək vacibdir.

6. Qədimlik bir dəyər sayıla bilər. (“Ətiq” dedikdə qədimlik, “ətiqə” dedikdə isə qədim əşya nəzərdə tutulur.)

7. Allahın evi kimsənin mülkü deyil.

Ayə 30:


﴿ذَلِكَ وَمَن يُعَظِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَّهُ عِندَ رَبِّهِ وَأُحِلَّتْ لَكُمُ الْأَنْعَامُ إِلَّا مَا يُتْلَى عَلَيْكُمْ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْثَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ﴾

Budur (həcc əməlləri). Allahın möhtərəm saydığını əziz tutmaq, şübhəsiz, Rəbbinin yanında hər kəs üçün daha yaxşıdır. Sizə deyilənlər istisna olmaqla, dördayaqlılar halal edilmişdir. Bütlərin çirkinliyindən uzaq olun, batil sözlərdən çəkinin.”




: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hİcab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə
doc -> Birinci bölmə: İslam və Elm
doc -> Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı
doc -> Tibbur-Rəsul (Peyğəmbər təbabəti)
doc -> HÜcr ibn əDİ (İdeallarla tanışlıq)


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   91


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə