Nöqtələr
●İmam Sadiqdən (ə) soruşdular: “Nə üçün qətlin sübutu üçün iki, zinanın sübutu üçün dörd şahid tələb olunur?” Həzrət buyurdu: “Qətlin şahidi bir nəfərə, zinanın şahidi iki nəfərə (qadın və kişiyə qarşı şəhadət verir.”1
Bildirişlər
1. Böhtan insanların şəxsiyyətini atəşə tutmaq, hücum etmək kimidir.
2. Ərli və pak qadınlara böhtana görə ağır cəza nəzərdə tutulur.
3. Pak qadınların ehtiramının müdafiəsi vacibdir.
4. Müxtəlif böhtanlar arasında zina böhtanının öz cəzası var. Quran bu məsələni aşkar şəkildə bəyan edir.
5. Zina böhtanı o qədər ağır günahdır ki, onun cəzası zinanın öz cəzasından 20 qamçı fərqlənir.
6. Cəmi bircə dəfə böhtan atmış adamın şəhadəti etibarlı sayılmır. (Bəli, dil insanı dünya və axirətdə çıxılmaz vəziyyətə salır.)
7. İnsanların şəxsiyyətini qorumaq üçün bəzən kimlərəsə qamçı vurmaq lazım gəlir.
8. İman gətirmiş kafirin şəhadəti qəbul olunur, böhtan atmış müsəlmanın şəhadəti isə etibarsız sayılır.
9. Böhtanın həm cismani, həm ictimai, həm də axirət cəzası var.
10. Pak qadınlara böhtan atanlar nəhayət fasiq olur.
11. And və şahidlik üçün ədalət şərtdir. Fasiqin (günahkarın, həddi aşanın) şəhadəti qəbul deyil.
Ayə 5:
﴿إِلَّا الَّذِينَ تَابُوا مِن بَعْدِ ذَلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ﴾
“(Böhtandan) sonra tövbə edib islah olanlar istisnadır. Şübhəsiz, Allah bağışlayan və mehribandır.”
Dostları ilə paylaş: |