Nöqtələr
●Ötən ayədə kafirlərin belə bir iddiası bəyan olundu ki, Peyğəmbər (s) yemək yeməməli, ehtiyaclarının təmini üçün xalq arasına çıxmamalıdır. Bu ayədə əlavə istəklər bəyan olunur: Peyğəmbər (s) qeybdən təmin olunmalıdır ki, bazara, xalq arasına çıxmağa ehtiyac duymasın. Onlar anlamırdılar ki, bu sayaq, yəni qeybdən təminat Peyğəmbər (s) üçün qüsur olardı. Çünki rifah içində yaşayan bir şəxs əzabkeş xalqa rəhbər ola bilməz.
Bildirişlər
1. Materialistlər hətta peyğəmbərlərə də maddiyyat prizmasından baxırlar.
2. Peyğəmbərlərin işində eyb axtarmaq zülmdür.
3. Təkəbbürlü və kinli insan daim bəhanə axtarır. Bir bəhanədən əli üzüldükdə, başqa bir bəhanəyə əl atır.
4. Peyğəmbərlərin müxalifləri onları gah sehrbaz, gah da sehr olunmuş sayırdılar.
Ayə 9:
﴿انظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا﴾
“Gör sənin haqqında necə məsəllər çəkdilər. Belə ki, doğru yoldan azdılar, nəticədə (həqiqətə doğru) yol tapa bilməzlər.”
Dostları ilə paylaş: |