●“Qərn” sözünün cəm forması olan “qurun” sözü əslində eyni bir dövrdə bir yerdə yaşamış cəmiyyət mənasını bildirir. 40 ildən 100 ilədək dövr də “qərn” adlandırılır. “Tətbir” dedikdə böyüklüyü əldən vermək və alçalmaq mənaları nəzərdə tutulur. Belə bir alçalma ölümlə sonuclanır.1
“Rəss” səhabələri kim idi?
●Təfsirlərdə Rəss qövmü haqqında xeyli söhbət getmişdir. Kimi onları Şüeybin qövmü hesab edir, kimi Yəmamədə bir şəhərin Rəss adlandığını bildirir, kimi də Antakiyada Rəss adlı quyu olduğunu qeyd edir. Kimi də Rəss sözünü Araz çayına aid edir. “Üyuni əxbarir-Riza” kitabında isə belə nəql olunur: İmam Rza (ə) buyurmuşdur: “Bir şəxs Həzrət Əlidən (ə) Rəss əshabı haqqında soruşdu. İmam buyurdu: “Nuhun tufanından sonra “şahi-derəxt” adlı bir ağac əkildi. İnsanlar bu ağacı müqəddəs sayırdılar. Onun ətrafında 12 kənd salındı. Kəndlər İran ayları ilə adlandırıldı: Fərvərdin, Ordibehişt, Xordad... insanlar hər ay kəndlərdən birində şadlıq keçirirdilər. İsfənd kəndində bayram daha əzəmətli və izdihamlı olurdu. Onlar bayram mərasimində bir ağacı yandırır və onun tüstüsü qalxdıqda, ağlayıb ah-nalə çəkirdilər. Allah bu insanların hidayəti üçün peyğəmbər göndərdi. Amma onlar peyğəmbəri təkzib etdilər. Peyğəmbər azğın camaatı lənətlədi və bu lənətdən sonra müqəddəs ağac qurudu. Azğın qövm dərin bir quyu qazıb Allahın peyğəmbərini həmin quyuya atdı. Allahın peyğəmbəri bu sayaq şəhadətə çatdırıldı.2