Nöqtələr
●Həzrət Hud (ə) xalqın diqqətini həm Allaha, həm peyğəmbərlik məsələsinə, həm də məada yönəltdi.
●Ayədə «böyük gün» dedikdə Qiyamət nəzərdə tutulmuşdur. Amma həzrət Şüeybin əhvalatında dünya da «böyük gün» adlandırılır: “Od dolu buludlu günün əzabı onları bürüdü və o böyük günün əzabı idi.”1
Bildirişlər
1. Təqva Allaha təşəkkürün ən üstün yoludur.
2. Hansı həddə ilahi lütfə çatdığını hərə özü bilir.
3. Ad qövmünün saraylar və tikililərlə yanaşı mal-qara, bağ-bağat və çeşmələri vardı.
4. Hazırlıq və qabiliyyət olmasa, peyğəmbərlərin də moizəsi səmərə verməz.
Dostları ilə paylaş: |