Ayə 207:
﴿مَا أَغْنَى عَنْهُم مَّا كَانُوا يُمَتَّعُونَ﴾
“Bəhrələndikləri şey əzabı uzaqlaşdırmaq üçün karlarına gəlmədi.”
Ayə 208-209:
﴿وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ذِكْرَى وَمَا كُنَّا ظَالِمِينَ﴾
“Qorxuducu bir peyğəmbər göndərməmiş Biz heç bir məntəqəni həlak etmədik. (Peyğəmbərlər göndərdik ki,) öyüd-nəsihətə səbəb olsun. Biz zalım deyildik (ki, xəbərdarlıqsız cəzalandıraq).”
Nöqtələr
●Allah hər bir fərd və qövmü xəbərdarlıqdan sonra həlak edir. Xəbərdarlıqsız cəzalandırma zülmdür. Zülm isə Allahın şənində deyil. Quran bu həqiqəti müxtəlif ayələrdə bəyan etmişdir: “Biz onlara zülm etmədik.”2; “Allah zülm istəməz”3; “Zülm etmək Allahın şənində deyil.”4; “Onlara azca da zülm olunmayacaq.”1; “Allah xurma dənəsinin sapı qədər və ondan da az zülm etməz.”2; “Allah zərrə ağırlığında zülm etməz.”3
Dostları ilə paylaş: |