Bildirişlər
1. İlahi mərasimlərdə səxavətlə xərcləyin.
2. Cahil ərəb elə düşünürdü ki, qurbanlıq ətdən yemək olmaz.
3. Dini mərasimlərin keçirilməsində əsas nöqtə Allahın diqqətidir.
4. Dini hökmlər vəhy yolu ilə müəyyənləşməlidir.
5. İlahi mərasimlərdə insanların da mənafeyi təmin olunur. (Bütlər üçün nəzərdə tutulmuş qurbanlıqda isə israfa yol verilir.)
6. İslamın tərbiyə məktəbində qidalanmada da ilahi məqsəd öndə dayanır.
7. Dəvənin ən yaxşı qurbanlıq üsulu onun ayaq üstə kəsilməsidir.
8. Heyvanın canı çıxmamış onun ətindən istifadə etmək olmaz.
9. Qurbanlıq ət bölüşdürülməlidir.
10. Bütün ehtiyaclı insanlara yardım əli uzadın.
11. Qurbanlıq fəqirlərin yolu üstə yerinə yetirilməlidir.
12. Heyvanların ram olması, qurbanlıq ətdən qidalanma, həcc mərasimində qurbanlıq, ixlas və ilahi rəng hər biri üçün şükür ediləsi nemətlərdir.
Ayə 37:
﴿لَن يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِن يَنَالُهُ التَّقْوَى مِنكُمْ كَذَلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَبَشِّرِ الْمُحْسِنِينَ﴾
“Qurbanlıq heyvanların əti və qanı əsla Allaha çatmaz. Sizin tərəfdən Ona çatası yalnız təqvadır. Allah heyvanları sizin üçün bu sayaq ram etdi. Belə ki, sizi hidayət etdiyi üçün Allahı böyüklüyü ilə yad edəsiniz. Xeyir əməl sahiblərinə müjdə ver.”
Dostları ilə paylaş: |