Nöqtələr
●Şeytanın təlqinləri peyğəmbərlərin proqramlarına və onların Allah tərəfindən dayandırılmasına iki cür təsir edir:
1. Daş və xəstə qəlblilər üçün sınaq vasitəsidir;
2. Şeytan təlqinlərinin daşa dəyməsi qəlbin nuraniyyətinə və elm əhlinin imanına səbəb olur.
Bildirişlər
1. Elm insana haqqı batildən fərqləndirmək gücü verir.
2. Bəzən maddi və mənəvi bəhrələnmə insanların şəxsi keyfiyyətlərindən asılı olur. Şeytanın hansısa təlqini daş qəlbli insanlar üçün fitnə, elm əhli üçün mərifət açarı olur.
3. Elm insanlara verilmiş ilahi bir hədiyyədir.
4. Elm əhli daş və xəstə qəlbli olmamalıdır.
5. Elm də, haqq da, hidayət də Allahdandır.
6. Elm, iman və mütilik təkamül mərhələlərindəndir.
7. Hər kəs imanda ilk addımı atsa, Allah onu növbəti addımlarda müvəffəq edər.
Ayə 55:
﴿وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا فِي مِرْيَةٍ مِّنْهُ حَتَّى تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ﴾
“Küfrə uğrayanlar daim Quran və peyğəmbərliyə münasibətdə şəkdədirlər. Nəhayət, Qiyamət onları qəfildən yaxalayar, ya da bəhrəsiz bir günün əzabı soraqlarına gələr.”
Dostları ilə paylaş: |