﴿وَأَنكِحُوا الْأَيَامَى مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ إِن يَكُونُوا فُقَرَاء يُغْنِهِمُ اللَّهُ مِن فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ﴾
“Subay oğlanlarınızı və qızlarınızı, ləyaqətli qulam və kənizlərinizi evləndirin. (Yoxsulluqdan qorxmayın,) əgər yoxsul olsalar, Allah Öz fəzli ilə onların ehtiyacını ödəyər. Allah geniş lütf sahibidir və biləndir. (O, sizin ehtiyaclarınızdan xəbərdardır və sizi təmin edəcəyini vəd etmişdir; O, Öz vədini yerinə yetirməyə qadirdir.)”
Nöqtələr
●“Əyama” dedikdə - istər kişi, istər qadın, istər bakirə, istər dul - subay şəxslər nəzərdə tutulur.
●Ən üstün vasitəçilik şəfaət və izdivaca köməkdir. Rəvayətdə deyilir: “Birini evləndirən və ya ərə verən kəs Allahın ərşi kölgəsindədir.”2
●İmkanlı olduğu halda övladını evləndirməyən ata-ana övladın mümkün günahına şərikdir.3
●İzdivac (evlənmə) haqqında bir çox rəvayətlər nəql olunmuşdur. Onlardan bəzilərinə nəzər salaq:
–İmam Sadiq (ə) buyurmuşdur: “Həyat evlənmə sayəsində vüsətə çatır.”
–Yoxsulluq qorxusundan evlənməyən kəs Allaha qarşı bədgüman olmuşdur.
–Ailəli insanın iki rəkət namazı subay insanın yetmiş rəkət namazından üstündür.1
Dostları ilə paylaş: |