Nöqtələr
●“Təğəyyüz” dedikdə qeyz-qəzəbin izharı başa düşülür. Bəzən bu qəzəb səslə müşayiət olunur. “Zəfir” dedikdə qəm-qüssədən sinə tutulan vaxt çəkilən nəfəsin səsi mənası anlaşılır. “Muqərrənin” sözü zəncirlərlə bağlanma mənasını ifadə edir. “Subur” dedikdə ah-vay mənası anlaşılır.
●Cəhənnəm o qədər böyükdür ki, Qiyamətdə ondan “doldunmu” deyə soruşulanda belə cavab verər: “Yenə gələn varmı?”1 Amma cəhənnəm nə qədər böyük olsa da günahkar insan orada sıxıntıdadır. Cəhənnəmdə sıxıntıya düşən insanı böyük divara çətinliklə yeridilən mıxa bənzətmək olar. Divar böyük olsa da, bu mıx sıxıntıdadır.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: “Cəhənnəm əhli divardakı mıx kimi sıxıntıdadır.”2
●Dünya və axirətdə Allahdan xəbərsizlik dözülməz sıxıntı ilə sonuclanır. Dünyada isə Allah beləsinin köksünü sıxıntıya salır.3 Ayələrdə oxuyuruq: “Hər kəs Mənim zikrimdən üz çevirsə şübhəsiz, onun üçün sıxıntılı həyat var.”4; “Onlar cəhənnəmdə dar bir yerə atılar.”5; Əksinə, Allaha diqqət və iman dünya və axirətdə qurtuluş səbəbidir: “Göy və yerin bərəkət qapılarını onların üzünə açarıq.”6; “Behiştə daxil olan vaxt onun qapıları açılar.”7
●İmam Sadiq (ə) buyurur: “Ayədə “uzaqdan” deyərkən bir illik yol nəzərdə tutulur.”1
Dostları ilə paylaş: |