Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə415/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   411   412   413   414   415   416   417   418   ...   522

Ayə 197:


﴿أَوَلَمْ يَكُن لَّهُمْ آيَةً أَن يَعْلَمَهُ عُلَمَاء بَنِي إِسْرَائِيلَ﴾

Bəni-İsrail alimlərinin ondan (Qurandan) xəbərdarlığı müşriklər üçün dəlil deyilmi?!”


Ayə 198:


﴿وَلَوْ نَزَّلْنَاهُ عَلَى بَعْضِ الْأَعْجَمِينَ﴾

Əgər Biz Quranı qeyri-ərəblərdən bəzisinə nazil etsəydik...”



Ayə 199:


﴿فَقَرَأَهُ عَلَيْهِم مَّا كَانُوا بِهِ مُؤْمِنِينَ﴾

(Nazil ediləni) onlara oxusaydı, ərəblər ona iman gətirməzdilər.”



Nöqtələr


●İmam Sadiq (ə) buyurmuşdur: “Qeyri-ərəblərin dəyər və fəziləti budur ki, onlar ərəb dilində Qurana üz tutmuşlar. Amma əgər Quran qeyri-ərəb dilində nazil olsaydı, ərəblərdən bəzisi iman gətirməzdi.”1

Bildirişlər


1. ”Müqəssir”, yəni imkanı çatdığı halda öyrənməyən cahilin üzrü qəbul deyil. Alimlərinizdən soruşmadığınız halda məzəmmətə layiqsiniz.

2. Bəni-İsrail alimləri Quranın ilahi kitab olmasını bilirdilər.

3. Təbliğ və tərbiyədə qarşı tərəfin milli hisslərinə və dilinə diqqətli olun.

4. Təəssüb və millətçilik haqqın qəbuluna mane olur.

5. Ərəb qövmündə təəssüb və millətçilik hissləri güclüdür.


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   411   412   413   414   415   416   417   418   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin