● Ayə 110:
﴿قُلِ ادْعُواْ اللّهَ أَوِ ادْعُواْ الرَّحْمَـنَ أَيًّا مَّا تَدْعُواْ فَلَهُ الأَسْمَاء الْحُسْنَى وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً﴾
“De ki, ya Allah adını çağırın, ya da Rəhman. Hər hansını dilə gətirirsinizsə gətirin. Çünki ən gözəl adlar Onundur. Namazını çox hündürdən və ya çox ahəstə qılma, orta halı gözlə. (Orta yolu seç.”
Nöqtələr
● Bəzi təfsirlərdə bildirilir: həzrət Peyğəmbər (s) Məscidül-Həramda dua oxuyur və deyirdi: “Ya Allah, ya Rəhman.” Bəziləri elə güman etdilər ki, Peyğəmbər (s) birinin adı “Allah”, o birinin adı “Rəhman” olan iki Allahı çağırır. Ayə nazil oldu, uyğun şübhələrə cavab verildi.1
● Bəzi adlar sadəcə əlamət və nişanədir. Bu adlarda hər hansı məna yoxdur. Məsələn, fərdləri səsindən, libasından, avtomobilindən tanımaq və ya ölkəni bayraq və ya gerbi ilə müəyyənləşdirmək. Bəzən isə adlar nişanə olmur, mahiyyət daşıyır. Məsələn, Allahın mübarək adları. Bu adların hər biri Onun zatının kamalından danışır.
● Peyğəmbər (s) namaz qıldığı vaxt kafirlər şer oxumaqla ona mane olurdular. Həzrət namazı yavaşdan qıldıqda isə səhabələr eşitmirdi. Bu ayədə namazı orta səslə qılmaq göstəriş verildi.2
● Şiə və sünni rəvayətlərində deyilir: Allahın doxsan doqquz adı var və duada Allahı bu adlarla çağıran nicat tapıb qalib gələr.3
Dostları ilə paylaş: |