● Ayə 13:
﴿نَحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِالْحَقِّ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى﴾
“Biz onların (Kəhf əshabının) əhvalatını sənə olduğu kimi hekayət edirik. Onlar Rəblərinə iman gətirmiş gənclər idi və Biz onların hidayətini artırdıq.”
Nöqtələr
● İnsanlar fəsad və günahkar cəmiyyətdə üç münasibətdə ola bilər:
a) Bəziləri cəmiyyətin fəsadında həzm olur. (Hicrət etməyən və kamil imanı olmayanlar)
b) Bəziləri günahkar cəmiyyətdə özünü qoruyur. (Məsələn, Kəhf əshabı)
v) Bəziləri günahkar cəmiyyəti dəyişib islah edir. (Peyğəmbərlər və övliyalar)
● Rəvayətlərdə bildirilir ki, Kəhf əshabı həzrət Mehdinin (ə) səhabələrindən və yardımçılarındandır.1
Dostları ilə paylaş: |