Bildirişlər
1. Həqiqətlərin bəyanı və xalqın hidayəti üçün Allah rəsuluna (s) əmr olunur ki, təmsildən istifadə etsin.
2. Tərbiyə və təbliğ üsullarından biri hamı tərəfindən anlaşılacaq və təbii misallardan istifadə etməkdir.
3. Hər bir baharın xəzanı, hər bir vüsalın fərağı var.
4. Dünyanın ötəri cilvələri bizi aldatmasın, davamlı gələcək haqqında düşünək.
● Ayə 46:
﴿الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا﴾
“Var-dövlət və övladlar dünya həyatının zinətidir. Layiqli və davamlı işlərin Allah yanında daha üstün mükafatı var. Onlara ümid etmək yaxşıdır.”
Dostları ilə paylaş: |