Bildirişlər
1. İnsan iztirab keçirdiyi vaxt qeybi ilhamlar ona yol açır.
2. Pak qadın üçün iffətsizlik böhtanının qəmi həddində qəm yoxdur.
3. Hamilə qadın üçün həyəcan və iztirab zərərlidir.
4. İnsan ən çətin şəraitdə də ruzi əldə etmək üçün çalışmalıdır.
5. Aramlıq yeməkdən önəmlidir. İztirab keçirən insan ən üstün qidalara da meyl göstərmir.
● Ayə 26:
﴿فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا﴾
“(Xurmadan) ye, (arxın suyundan) iç və (İsa kimi övlada görə) gözün aydın olsun. Bir adam görsən (körpə haqında soruşsa, ona işarə ilə) de ki, mən Rəhman Allah üçün sükut orucu nəzir etmişəm, buna görə də bu gün kimsə ilə danışmayacağam.”
Dostları ilə paylaş: |