Nöqtələr
Ötən ayələrdə 10 peyğəmbərin adı çəkildi. Zəkəriyya, Yəhya, İsa, İbrahim, İshaq, Yaqub, Musa, Harun, İsmail və İdris. Bu ayədə isə həmin şəxslərə nemət verildiyi bəyan olunur. Biz hər gün namazda on dəfə Allahdan diləyirik ki, bizi azğınların yox, məhz bu insanların yoluna yönəltsin.
Adəm nəsli dedikdə İdris nəzərdə tutulur. Nuhun gəmisinə süvar olanların nəsli dedikdə Nuhun nəvəsi həzrət İbrahim başa düşülür. İbrahim nəsli ifadəsi İshaq, İsmail və Yaquba aiddir. Musa, Harun, Zəkəriyya, Yəhya və İsa isə İsrail nəsli kimi yada salınmışdır.2
Hədisdə oxuyuruq: “Quran tilavət edərkən ya qəmlənib ağlayın, ya da özünüzü həmin hala gətirin.3
Göz yaşı axıdaraq uzun səcdələr qılan ilahi insanlar zümrəsinə ən yaxşı nümunə İslam Peyğəmbəri (s) və onun məsum Əhli-beytidir. Ramazan ayı, Ərəfə və digər münacatlarda Peyğəmbər (s) və onun məsum Əhli-beytinin göz yaşları ilə müşayiət olunan uzun səcdələri haqqında yetərli məlumatlar var.
Dostları ilə paylaş: |