Bildirişlər
1. Peyğəmbərlərin duası qəbuldur. Musa Allahdan dilədi ki, qardaşı Harunu ona vəzir qərar versin.4 Allah onun bu istəyi ilə razılaşdı.
2. Yaxşı həmkar ilahi lütflərdən biridir.
3 Eyni bir dövrdə bir neçə peyğəmbər ola bilər.
4. Peyğəmbərlik məqamı bir peyğəmbərin o birinə tabeçiliyinə mane olmur.
● Ayə 54:
﴿وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا﴾
“Bu kitabda İsmaili yad et. O daim öz vədinə sadiq və göndərilmiş peyğəmbər idi.”
● Ayə 55:
﴿وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّا﴾
“Daim öz əhlini namaz və zəkata çağırardı və Rəbbinin razılığını qazanmışdı.”
Nöqtələr
Ayədə xatırlanan İsmail ya həzrət İbrahimin övladı İsmaildir, ya da Bəni-İsrail peyğəmbərlərindən olan İsmail ibn Hezqildir.
Bütün peyğəmbərlər sədaqətli olmuşlar. Amma bu xüsusiyyət İsmaildə özünü daha çox göstərmişdir. Nəql olunur ki, bir gün İslam Peyğəmbəri (s) bir şəxslə Kəbə kənarında görüş təyin edir. Amma həmin şəxs verdiyi vədi unudur. Həzrət vəd yerində üç gün gözləyir. Nəhayət, həmin şəxsə xəbər çatır və gəlib üzrxahlıq edir.1 Peyğəmbər (s) başqa bir şəxslə günorta vaxtı görüşməyi qərarlaşdırdı. Həmin şəxs gəlmədiyi üçün həzrət qürub vaxtınadək görüş yerində dayandı.
Vədə vəfa qılmaq ilahi bir sifətdir.2 Vədə xilaflıq isə nifaq nişanəsidir. Bir hədisdə oxuyuruq: “Münafiqin üç əlaməti var: Əmanətə xəyanət, yalan danışıq, vədə xilaflıq.3
Allahın razılıq məqamı (rizvan) peyğəmbərlərin ən böyük istəyidir.4 Hədisdə oxuyuruq: “Behişt əhli behiştdə yerləşdikdən sonra onlara xitab olunar ki, başqa istəkləri varmı? Onlar deyər: “Pərvərdigara! Məqsədimiz Sənin razılığındır.”5
Dostları ilə paylaş: |