● Ayə 51:
﴿وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَى إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا﴾
“Bu kitabda Musanı yad et. Çünki o, xalis bir bəndə və göndərilmiş peyğəmbər idi.”
Nöqtələr
“Müxlis” dedikdə yalnız Allahın razılığı üçün iş görən şəxs nəzərdə tutulur. Amma belə bir şəxsə şeytanın təsir göstərib onu şirkə çəkməsi mümkündür. Bir çoxları əzab və təhlükə zamanı müxlis olsa da, təhlükə sovuşduqdan sonra şirkə meyl edirlər. “Muxləs” dedikdə isə şeytanın nüfuz edə bilmədiyi seçilmiş insanlar nəzərdə tutulur.1 “Təfsiri-kəşşaf”da bildirilir ki, “müxlis” Allah üçün çalışan, “müxləs” isə Allahın Özü üçün xalis edib seçdiyi kəsdir. Belələrinə Allahdan başqa kimsə təsir edə bilmir.
Musanın seçilməsi gerçəkliyi ilə başqa ayələrdə də rastlaşırıq: “Mən səni seçdim.”2; “Mən səni özüm üçün seçdim.”3
Həzrət Musa həm rəsul, həm də nəbi idi. “Nəbiyy” dedikdə mələyin səsini eşidib, özünü görməyən kəs nəzərdə tutulur. “Rəsul” isə səs eşitməklə yanaşı mələyi müşahidə edir.4
Dostları ilə paylaş: |