● Ayə 49:
﴿فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ وَكُلًّا جَعَلْنَا نَبِيًّا﴾
“İbrahim müşriklərdən və Allah əvəzinə pərəstiş olunanlardan uzaqlaşdığı vaxt Biz ona İshaq və Yaqubu əta etdik. Onların hər birini peyğəmbər qərar verdik.”
● Ayə 50:
﴿وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا﴾
“Öz rəhmətimizdən onlara əta etdik, onlar üçün (xalq arasında) uca və yaxşı ad müəyyənləşdirdik.”
Nöqtələr İbrahimin siması
–İbrahim ulduz, ay və günəşdən üz döndərib Allaha yetişdi.2
– İbrahim yolunu azmış əmisini boşlayıb, özü xalq üçün ata oldu.3
–Əmisi ondan üz çevirdi, Allah isə ona lütf etdi.4
–O, Allaha görə kənara çəkildiyi vaxt şöhrət tapdı.5
–Bütxanadan qaçıb tövhid evi tikdi.6
–Canını Allah yolunda verdi və od onun üçün gülüstan oldu.7
–Allah əmrinə görə oğlunu qurbanlıq üçün hazırladı, salamatlıqla qurtardı. Bunun da əvəzində qurbanlıq sünnəsi vacib oldu.8
–Ömrünün axırlarınadək övladı olmadığı halda razı idi. Ömrünün sonunda nəslindən peyğəmbər qərar verildi.
–Ən xəlvət yerdə Kəbəni tikdi və bu ev yer üzünün ən cazibəli nöqtəsi oldu.
–Biyabanda tənha dayanıb fəryad çəkdi və bütün yer üzündən “ləbbeyk” səsi yetişdi.1
–Təşnə körpəsini biyabanda qoyub getdi, həmişəlik olaraq zəm-zəm çeşməsi qaynadı.
–Bütpərəst əmisinin hədələrinə salamla cavab verdi, Allah da ona salam göndərdi.2
–O bir nəfər idi, bu gün isə səmavi məktəblər özünü İbrahim məktəbi sayır.
–Hamı onu düşmən saydığı bir vaxt Allah onu Özünə dost seçdi.3
Dostları ilə paylaş: |