● Ayə 11:
﴿فَلَمَّا أَتَاهَا نُودِي يَا مُوسَى﴾
“Elə ki, oda yaxınlaşdı, nida gəldi: “Ey Musa!”
● Ayə 12:
﴿إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى﴾
“Həqiqətən, Mən sənin Rəbbinəm: Ayaqqabını çıxar, həqiqətən, sən müqəddəs Tuva vadisindəsən.”
Nöqtələr
Qurani-kərimdə Musanın adı 20 surədə, 136 dəfə çəkilmişdir. Musanın əhvalatı Quranın ən böyük dastanlarındandır. Quranın 900-dək ayəsi bu mövzuya həsr olunmuşdur.
Allahın gözəl adlarından olan “Rəbb” adı Quranda 970 dəfə işlədilmişdir. Allah ilk dəfə həzrət Musaya təcəlla edərkən özünü bu adla tanıtdırır. Həzrət Musanın peyğəmbərliyi ilahi kəlamla başladığından onu “kəlimullah” adlandırmışlar.1
“Vadiyul-muqəddəs” dedikdə eyb və günahdan uzaq məkan nəzərdə tutulur. “Tuva” sözü isə bərəkətli yer mənasını bildirir.
Hədisdə bildirilir ki, ayaqqabıları çıxarmaq dedikdə, iki nigarançılıqdan qurtulmaq nəzərdə tutulur: isti havada zövcənin vəziyyətindən nigarançılıq və Fironun şərindən nigarançılıq.2 Bəziləri bu təbirin ailə-övlada və ya dünya-axirət məhəbbətinə işarə olduğunu bildirir. Hazırkı Tövratda da uyğun ifadə həmin təbirdə verilmişdir.3
Dostları ilə paylaş: |