Nöqtələr
Ayədə vəhy deyərkən ilham, təlqin nəzərdə tutulur. Şübhəsiz ki, söhbət peyğəmbərlərə məxsus vəhydən getmir. Çünki risalət kişilərə məxsusdur.1
“Tabut” dedikdə sandıq, “yəmm” dedikdə dərya nəzərdə tutulur. “Yəmm” sözü Quranda səkkiz dəfə və hər dəfə həzrət Musanın əhvalatı ilə bağlı işlədilmişdir.
Bu gün sənət sözü yalnız istehsalla bağlı işlədilirsə, Quran insan tərbiyəsi ilə bağlı da uyğun sözdən istifadə edir.
Allah bir işin gerçəkləşməsini istəyən kimi, onun bütün müqəddimələri hazır olur. Musanın hifzi üçün onun anasına ilham edilir ki, övladını dəryaya atsın. Dəryaya əmr olunur ki, sandığı sahilə çıxarsın. İş bununla başa çatmır. Düşmənə sandığı götürmək təlqin olunur, həm də körpənin məhəbbəti onun qəlbinə salınır.
İmam Baqir (ə) buyurur: “Allah xalqın qəlbində Musaya elə bir məhəbbət yaratmışdı ki, onu görən dərhal sevirdi.2
Dünya bağlılıqlarında və dostluqlarından qurtuluş kamilliyə çatmaq rəmzidir. O cümlədən:
a) Özünə əsir olmamaq (İbrahim oda atılmasına razı oldu.);
b) Zövcəyə əsir olmamaq (İbrahim öz zövcəsini otsuz-susuz Məkkədə qoyub getdi.);
v) Övlada əsir olmamaq (Musanın anası öz körpəsini dəryaya atdı; İbrahim İsmaili qurban verməklə razılaşdı.);
q) Şəhvət əsiri olmamaq (Yusif Əzizi-Misrin zövcəsinin işrət təklifini rədd etdi.);
e) Yuxu əsiri olmamaq (Gecə yarı namazın savabını Allahdan başqa kimsə bilmir.);1
Dostları ilə paylaş: |