Nöqtələr
Firon sandığı sudan çıxardığı vaxt öncə körpəni öldürmək istədi. Amma zövcəsi onu bu işdən çəkindirdi. Uşağa süd vermək üçün dayələr dəvət olundu. Amma Musa heç bir qadının südünü qəbul etmədi. Firon hökuməti bu uşaq qarşısında aciz qaldı. Musanın məsələdən xəbər tutan bacısı oraya gəlib adi halda dedi: “Mən sizə elə birini tanıtdıraram ki, uşaq onun döşünü qəbul edər.”
Bəli, Musa bu sayaq anasının qoynuna qayıtdı.
Həzrət Musanın həyat və mübarizə yolunda bir neçə qadın mühüm rol oynamışdır. (Musanın anası, Musanın bacısı, Musanın zövcəsi və Fironun zövcəsi.)
Peyğəmbərlərin başına gələn hadisələr bəzən bir-birinə oxşayır. Məsələn, həzrət Musanın əhvalatı həzrət Yusifin əhvalatına bir neçə baxımdan oxşardır:
a) Hər iki peyğəmbər bir müddət sarayda yaşamışdır;
b) Onlardan heç biri saray həyatını özü seçməmişdir;
v) Hər iki peyğəmbərin ata-anası övladdan ayrılıq ağrısını yaşamışlar;
q) Sonda hər iki peyğəmbər valideyninin yanına qayıtmışdır;
e) Hər iki şəxs başqa birinin fitnəsinə düşmüşdür; həzrət Yusif qardaşlarının, Musa isə Fironun fitnəsinə düçar olmuşdur;
ə) hər iki şəxsin həyatında saray qadını rol oynamışdır. Əzizi-Misrin zövcəsi Yusifin həyatında mənfi, Fironun zövcəsi Musanın həyatında müsbət rol ifa etmişdir.
Dostları ilə paylaş: |