● Ayə 61:
﴿قَالَ لَهُم مُّوسَى وَيْلَكُمْ لَا تَفْتَرُوا عَلَى اللَّهِ كَذِبًا فَيُسْحِتَكُمْ بِعَذَابٍ وَقَدْ خَابَ مَنِ افْتَرَى﴾
“Musa onlara (fironçulara) dedi: «Vay olsun sizə! Allaha iftira yaxmayın, sizi ağır əzabla həlak edər. Şübhəsiz, (Allaha qarşı) iftiraya yol verən kəs nakam və ziyankar olar.»”
● Ayə 62:
﴿فَتَنَازَعُوا أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا النَّجْوَى﴾
“Onlar öz işləri ilə bağlı çəkişir, xəlvəti pıçıldaşırdılar.”
Bildirişlər
1. Möcüzəni sehr saymaq Allaha qarşı iftiradır.
2. Möcüzədən öncə xalqa xəbərdarlıq etmək zəruridir. Möcüzədən öncə Musa xalqa müraciət etdi.
3. Allaha qarşı iftira yaxan kəs dünyada nakam qalası, axirətdə ağır əzabla cəzalandırılasıdır.
4. Yalan və iftira ilə heç vaxt məqsədə çata bilmərik.
5. Haqq qarşısında dayanan kəs həlak olar.1
6. Siz əmr be məruf və nəhy əz münkər edin. Sizin yaxşılığa əmr, pisliyə qadağanız bir dəstəyə təsir etməsə də, digər bir dəstədə tərəddüd yaradar.
7. Düşmənlər öz aralarındakı ixtilafı gizlədirlər.
Dostları ilə paylaş: |