● Ayə 115:
﴿وَلَقَدْ عَهِدْنَا إِلَى آدَمَ مِن قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا﴾
“Şübhəsiz, bundan öncə Adəmlə peyman bağladıq. Amma o unutdu və Biz onda əzm görmədik.”
● Ayə 116:
﴿وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى﴾
“Mələklərə «Adəm üçün səcdə edin» dediyimiz vaxt İblisdən başqa hamısı səcdəyə qapıldı. Yalnız o, boyun qaçırıb imtina etdi.”
Nöqtələr
Quranın başlanğıcından bu yerədək 6-cı dəfədir ki, Adəm və İblisin əhvalatı ilə rastlaşırıq. Əvvəllər “Bəqərə”, “Əraf”, “Hicr”, “İsra” və “Kəhf” surələrində bu mövzuya toxunulmuşdu.1
Bu əhvalatda “əhd-peyman” dedikdə xüsusi bir bitkinin bəhrəsindən yeməmək göstərişi nəzərdə tutulur. “İtaətsizlik” dedikdə isə əmrin yerinə yetirilməsinə göstərilən diqqətsizlik nəzərdə tutulmuşdur. Axı bir şeyi mütləq yaddan çıxarmağa görə qınaq yoxdur. Ayədə “əzm” dedikdə İblisin vəs-vəsələri qarşısında möhkəm iradə nəzərdə tutulur.
İmam Kazim (ə) buyurur: “Səcdə göstərişi və İblisin itaətsizliyi bir növ Peyğəmbər (s) üçün təsəllidir. Onun nəzərinə çatdırılır ki, göstərişlərinə itaətsizlik səni pərişan etməsin, İblis də Mənim göstərişimə itaət etmədi.2
Dostları ilə paylaş: |