Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə496/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   492   493   494   495   496   497   498   499   ...   621

● Ayə 124:


﴿وَمَنْ أَعْرَضَ عَن ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى﴾

Hər kəs Məni xatırlamaqdan daşınsa, həqiqətən, onu sıxıntılı və çətin bir həyat gözləyir. Biz onu qiyamətdə səhnəyə kor gətirərik.”



● Ayə 125:


﴿قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنتُ بَصِيرًا﴾

(Qiyamətdə) deyər: «Pərvərdigara! Nə üçün məni kor məhşur etdin? Axı (dünyada) görürdüm?»”


Nöqtələr


Ötən ayədə haqq ardıcıllarına müjdə verildi. Bu ayədə isə haqqa arxa çevirənlərə xəbərdarlıq olunur. Bəli, ümid və qorxu yanaşı olduqda səmərə verir.

Rəvayətlərdə Əhli-beyt (ə) xəttindən çıxmaq və ya vacib göstəriş olan həcci tərk etmək Allahdan üz çevirmək nümunələri sayılmışdır.1

İnsanı sıxıntıya salan təkcə yoxsulluq deyil. Bir çox sərmayə sahibləri hərislik, qorxu, stress səbəbindən ağrılı günlər keçirirlər.2

Sual: Günahkarların kor məhşur edilməsi onların öz əməl naməsini oxuması xəbəri ilə bir araya sığırmı?

Cavab: Qiyamətin müxtəlif dayanacaqları var. İnsan bir dayanacaqda gördüyü halda, o biri dayanacaqda kor ola bilər.

Bir çox rəvayətlərdə bildirilir ki, “Qiyamət korluğu” dedikdə insanın haqq və xeyir yolu görməməsi nəzərdə tutulur.3

İmam Səccad (ə) “sıxıntılı həyat” təbiri ilə bağlı buyurur: “And olsun Allaha! Həqiqətən, qəbir ya behişt bağıdır, ya da cəhənnəm dərəsi.”4 Demək, sıxıntılı gediş bərzəx aləminədək davam edir.


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   492   493   494   495   496   497   498   499   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin