“ƏNBİYA” SURƏSİ (21-ci surə, 112 ayə) “Ənbiya” surəsinin siması
112 ayədən ibarət olan “Ənbiya” surəsi Məkkə surəsidir. Surədə Allahın lütfünü qazanmış 16 peyğəmbərin əhvalatına işarə olunur. Bu surəni oxumağın bir sıra bərəkətləri var. Qiyamət hesabının yüngüllüyü, Peyğəmbərlə (s) görüş bu bərəkətlərdəndir. Bir şərtlə ki, surə eşqlə oxunsun, iman və əməl üçün müqəddimə olsun.1
Eləcə də, “Ənbiya” surəsində müjdədən daha çox xəbərdarlıqla rastlaşırıq.
﴿بسم الله الرحمن الرحيم﴾
bağışlayan və mehriban Allahın adı ilə
● Ayə 1:
﴿اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُّعْرِضُونَ﴾
“İnsanların hesab vaxtı yaxınlaşmışdır. Onlarsa qəflət içində arxa çevirmişlər!”
Nöqtələr
Sual: Məgər “qəflət” dedikdə bir şeyə diqqətsizlik, “arxa çevirmək” dedikdə isə bir şeyi görüb ondan üz döndərmək nəzərdə tutulursa, bu iki təbir ayədə yanaşı necə işlənmişdir?
Cavab: Qəflət və diqqətsizlik iki növdür:
a) Xəbərdarlıqla aradan qaldırılan qəflət;
b) Arxa çevirməklə sonuclanan qəflət. Yəni qafil şəxs özünü yatmış göstərib çağırışa cavab verməyən kəs kimi ayılmaq istəmir.
İnsanların əksəri məad və Qiyamət hesabından qəflətdə olduğu üçün Allah bu qəfləti bütün xalqa aid edir. Əlbəttə ki, bütün hallarda insanların bir qismi istisnadır. Hazırkı surənin 97-ci ayəsində insanlar qəflətdə olduqlarını öz dilləri ilə etiraf edirlər.
Dostları ilə paylaş: |