● Ayə 6:
﴿مَا آمَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَاهَا أَفَهُمْ يُؤْمِنُونَ﴾
“Bunlardan öncə həlak etdiyimiz bütün varlıqlar (bu sayaq möcüzə istədilər, amma istəkləri yerinə yetəndə) iman gətirmədilər. Yoxsa bunlarmı iman gətirəcək?!”
● Ayə 7:
﴿وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ﴾
“(Ey peyğəmbər!) Biz səndən öncə yalnız vəhy etdiyimiz kişiləri (peyğəmbər olaraq) göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.”
Nöqtələr
Ötən ayədə kafirlər “bu şəxs sizin kimi bəşərdirmi” deyə soruşurdular. Bu ayədə Allah-təala buyurur: “Nəinki bu peyğəmbər, bütün əvvəlki peyğəmbərlər insanlar idi, onlara vəhy olunurdu.” Bəli, elçinin insan nəslindən olması onun peyğəmbərliyi ilə zidd deyildir.
Müşriklər kitab əhli ilə yaxşı münasibətdə olduqlarından Allah-təala onlara buyurur: “Kitab əhlindən soruşun.”
Zikr (kitab) əhlindən sorğu və mütəxəssisə müraciət ağılın tələbidir. Ayədə “zikr əhli” deyərkən yəhudi və məsihi alimləri nəzərdə tutulmuşdur. Rəvayətlərdə tövsiyə olunur ki, çıxış yolu tapmadıqda Peyğəmbər (s) Əhli-beytinə (ə) müraciət edin. Bu böyük insanlar “zikr əhlinin” kamil nümunələridirlər.
İslam Peyğəmbəri (s) buyurur: “Nə alim sükut etsin, nə də cahil sorğudan çəkinsin.”2
Dostları ilə paylaş: |