Bildirişlər
1. Allahın xəlq etdiklərinə diqqət ən yaxşı allahşünaslıq yoludur. Çünki təbiət daim bütün insanların gözü qarşısındadır.
2. Hər bir göy cisminin öz orbiti var və bu orbitdə hərəkət edir.
● Ayə 34:
﴿وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّن قَبْلِكَ الْخُلْدَ أَفَإِن مِّتَّ فَهُمُ الْخَالِدُونَ﴾
“Biz səndən öncə heç bir insan üçün əbədilik qərar vermədik. Sən dünyadan getsən, onlar əbədi həyat tapacaqmı?!”
● Ayə 35:
﴿كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ﴾
“Hər kəs ölümü dadasıdır. Biz sizi şər və xeyirlə sınağa çəkirik. Bizə doğru qaytarılarsınız.”
Nöqtələr
Həzrət Əli (ə) ayədəki şər və xeyir təbirləri haqqında buyurur: “Salamatlıq və ehtiyacsızlıq xeyir, xəstəlik və yoxsulluq şərdir. Hər ikisi imtahan üçündür.”1
Quran və rəvayətlərdə ölümün siması
1. Ölümə hazırlıq Allah övliyalarının xüsusiyyətidir.2
2. İnsan həyatında ölüm sinədəki boyunbağı kimidir. (Bu təşbeh Kərbəla səfəri astanasında İmam Hüseynin (ə) dilindən bəyan olunmuşdur.)
3. Ölüm yolun sonu yox, libas dəyişilməsi kimi həyat üsulunun dəyişilməsidir.3
4. Bu dünya ilə hər kəs bir şəkildə vidalaşır. Bəziləri çətinliklə ayrılır, bəziləri ayrılıq vaxtı sanki gül iyləyir.4
5. İnsanın ölüm qorxusu sürücünün qorxusu kimidir. Sürücü ya yanacaq olmadıqda5, ya qaçaq mal apardıqda, ya da avtomobildən baş çıxarmadıqda qorxur.
Dostları ilə paylaş: |