NUR TƏFSİRİ
YEDDİNCİ CİLD
MÜƏLLİF: MÖHSÜN QƏRAƏTİ
TƏRCÜMƏ EDƏN: HACI ARZU
Əziz və diqqətli oxucu! Quran təfsiri tərcüməsinin nə dərəcədə əhəmiyyətli və incə iş olduğunu anlasaq da, nöqsanlar-dan qaça bilmədik. “Həyy” və “qəyyum” kimi yüzlərcə mirvari təbirini bəsit şəkil-də tərcümə etmək zorunda qaldıq. Gələ-cəkdə bu ilahi işdə yardımçı olacağı-nızı düşünürük. Bizə ünvanlayacağınız qeydlər növbəti nəşrlərdə nəzərə alı-nacaq.
Dua istəyi ilə tərcüməçi
RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ
Həmd olsun aləmlərin Rəbbinə! Allahın salamı olsun ağamız Məhəmməd (s) və onun məsum Əhli-beytinə!
Ön söz
Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də “Dərsi-xaric” oxuyub, Quranla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bəzi dostlarla birlikdə bu istiqamətdə fəaliyyətə başladıq. Hərəmiz bir təfsiri mütaliə edib, xülasə şəkildə qeydlər götürürdük. Beləcə, Quranın bir neçə cüzünü sonadək mütaliə etdik.
Həmin vaxt eşitdim ki, Ayətullah Məkarim Şirazi bir qrup alimlə təfsir yazmaq qərarına gəlib. O mənim təfsir yazılarımı görüb bəyəndi və mən də onlara qoşuldum.
İyirmi yeddi cildlik “Təfsiri-nümunə”nin başa çatması on beş il çəkdi. Həmin təfsir indiyədək dəfələrlə çap olunmuş və başqa dillərə tərcümə edilmişdir. “Təfsiri-nümunə”nin təqribən yarısı yazılıb tamamlandığı vaxt imam Xomeyninin (r) rəhbərliyi ilə İslam inqilabı qələbə çaldı. Elə həmin ilk günlərdə mərhum Əllamə Şəhid Mütəhhərinin göstərişi ilə televiziyaya getdim. Artıq iyirmi yeddi ilə yaxındır ki, hər cümə axşamı İran İslam Respublikasının televiziyasında “Quran dərsləri” adı altında proqramda çalışıram.
“Təfsiri-nümunə” başa çatanadək həmin heyətlə həmkarlıq etdim. Amma bu arada belə bir fikrə düşdüm ki, radioda hamının anlaya biləcəyi bir səviyyədə təfsir dərslərinə başlayım. Bu məqsədlə “Təfsiri-nümunə”dən əlavə, başqa on təfsirdən də qeydlər götürdüm. Artıq səkkiz ildir ki, həftədə bir gün, eləcə də, ramazan ayında hər gün “Ayineye vəhy” adı altında radio verilişləri yayımlanır.
Dəfələrlə təklif edildi ki, radiodan danışdıqlarımı kitab şəklində nəşr etdirim. Öz yazılarımdan bir neçə cüzünü Ayətullah hacı Seyyid Mehdi Ruhani, Ayətullah Misbah Yəzdi üçün oxudum və öz təfsir üslubuma daha çox əmin oldum. Qeydlərimi tərtib üçün höccətül-islam Məhəmmədi və höccətül-islam Mühəddisiyə təqdim etdim. Məcmuə hazır olduqdan sonra onu Qumun “Dər-rahe həqq” müəssisəsinə verdim ki, Ayətullah Ustadinin nəzarəti altında çap olunub, maraqlananların ixtiyarına verilsin.
Dostları ilə paylaş: |