● Ayə 111:
﴿وَقُلِ الْحَمْدُ لِلّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدًا وَلَم يَكُن لَّهُ شَرِيكٌ فِي الْمُلْكِ وَلَمْ يَكُن لَّهُ وَلِيٌّ مِّنَ الذُّلَّ وَكَبِّرْهُ تَكْبِيرًا﴾
“De ki, həmd-sitayiş özünə övlad götürməmiş, hökmündə şərik olmayan, zəifliyinə görə yardımçı tutmayan Allaha aiddir. Onu layiqincə böyük tut.”
Nöqtələr
● Bu surə Allaha təsbihlə (həmd-səna ilə) başlayır, həmd və təkbirlə başa çatır. Necə ki, “Muminun” surəsi möminlərin qurtuluş xəbəri ilə başlayır, kafirlərin həlakı xəbəri ilə başa çatır.
● Rəvayətlərdə bildirilir ki, bu ayənin tilavəti borcun ödənməsində, şəkk-şübhədən qurtarmaqda, yoxsulluqdan və xəstəlikdən uzaq olmaqda təsirlidir.
● Allahın övlad götürməməsi ilə bağlı bəyanat yəhudilərə və məsihilərə ünvanlanmışdır. Qüreyşilərin qarşısında Allahın şəriksiz, məcusilər və ulduzpərəstlər qarşısında onun yardımçısız olması bəyan olunur.1
Dostları ilə paylaş: |