● Ayə 10:
﴿إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا﴾
“Cavanlar mağaraya pənah apardıqları vaxt dedilər: «Pərvərdigara! Bizə Öz tərəfindən rəhmət əta et və bizim üçün işimizdə irəliləyiş qərar ver.»”
● Ayə 11:
﴿فَضَرَبْنَا عَلَى آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًا﴾
“Mağarada olduqları neçə ildə onların qulaqlarını qapadıq.”
Nöqtələr
● “Fəta” sözünün cəm forması olan “fityə” sözü cavan mənasını bildirir. İmam Sadiq (ə) buyurur: “Fəta” imanlı insan mənasını bildirir. Çünki Allah həmin şəxslər yaşlı olduqları halda imanlarına xatir onları “fəta” kimi tanıtdırır.”2
● “Rəşəd” sözü “rüşd”, yəni ilahi qurtuluş və razılıq mənasında işlədilmişdir. Bu surədə üç yerdə “rəşəd” sözündən istifadə olunmuşdur: Kəhf səhabəsinin əhvalatında, Musa və Xızrın əhvalatında (ayə 66) və İslam Peyğəmbəri (s) ilə bağlı (ayə 23).
● Hədisdə bildirilir ki, “zərəbna fi azanihim” (qulaqlarını vurduq, qulaqlarını qapadıq) təbiri 309 illik yuxu və yenidən oyanış mənasındadır.1
Dostları ilə paylaş: |