Bildirişlər
1.Tərbiyə zamanı xəbərdarlıq və müjdə yanaşı olmalıdır. (Ötən ayədə xəbərdarlıqdan, bu ayədə müjdədən danışıldı.)
2. İlahi məqsəd saleh əməldən öndə gəlir.
3. İslama əsasən ilahi hesabdan heç nə məxfi qalmır və heç bir əməlin mükafatı zaya çıxmır.
4. Əməlin dəyərləndirilməsində kəmiyyət yox, keyfiyyət ölçüdür.
● Ayə 31:
﴿أُوْلَئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِّن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا﴾
“Onlar üçün ağacları altdan çaylar axan əbədi bağlar var. Orada qızıl bilərziklərlə bəzənər, nazik və qalın ipəkdən yaşıl libaslar geyinər, (behiştə məxsus) taxtlara söykənərlər. Necə gözəl mükafat və necə xoş yerdir!”
Dostları ilə paylaş: |