Bildirişlər
1. Dünyaya bağlılıq və dünyapərəstlik qiyamətin inkarı üçün zəmindir.
2. Qiyaməti inkar edənlərin heç bir dəlili yoxdur.
3. Yersiz və sübutsuz ümid və arzu məhkum olunur.
4. İnsan fitrətən Allah və mənəviyyata meyillidir.
5. Bəziləri yanlış olaraq bol neməti özləri üçün kəramət və dəyər sayır, eləcə də onu əbədi bilirlər.
● Ayə 37:
﴿قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ يُحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِي خَلَقَكَ مِن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا﴾
“Dostu onunla danışan halda dedi: “Səni torpaqdan, sonra nütfədən yaratdığı, kamil və tam bədənli insan etdiyi halda kafir olursanmı?!”
Dostları ilə paylaş: |