● Ayə 89:
﴿ثُمَّ أَتْبَعَ سَبَبًا﴾
“Sonra (Zül-Qərneyn növbəti səfər üçün) başqa səbəb sorağınca getdi.”
● Ayə 90:
﴿حَتَّى إِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَى قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًا﴾
“Nəhayət günəşin doğduğu yerə çatdı. Onu günəşdən başqa örtük qərar vermədiyimiz bir qövmə tülu edən halda gördü.”
● Ayə 91:
﴿كَذَلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا﴾
“Biz bu sayaq onun imkanlarından və işlərindən xəbərdar idik. (Bizim nəzarətimiz altında idi.)”
Nöqtələr
● Zül-Qərneyn qərbə səfərindən və sahil əhli arasında ədalət nizamını bərqərar etdikdən sonra şərqə üz tutdu.
● Günəşdən başqa örtüyün olmaması dedikdə ibtidai, heç bir imkana malik olmayan həyat tərzi anlaşılır. İmam Sadiq (ə) buyurur: “Onlar nə bənnalıq, nə də dərzilik bacarırdılar. Günəşlə onların arasında heç bir maneə yox idi və surətləri qaralmışdı.”1
Dostları ilə paylaş: |