● Ayə 12:
﴿يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا﴾
“Ey Yəhya! (İlahi) kitabı möhkəm tut. Uşaq vaxtı ona hikmət (və nübuvvət) verdik.”
● Ayə 13:
﴿وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً وَكَانَ تَقِيًّا﴾
“Yenə ona Öz tərəfimizdən mehribanlıq və paklıq əta etdik. O, təqvalı idi.”
Nöqtələr
● “Hukm” sözü elm və fəhm (“Lisanul-ərəb”), mühakimə gücü (“Qamusul-Quran”) mənalarında işlədilmişdir. “Təfsire-Əl-mizan” da oxuyuruq: “Hukm” dedikdə ilahi maarifdən xəbərdarlıq və qeyb pərdələrinin kənara çəkilməsi başa düşülür.
● Üç şəxs uşaq yaşında peyğəmbərliyə çatmışdır: Süleyman, İsa və Yəhya. İmamət məqamı da uşaq yaşında üç nəfərə verilmişdir. İmam Cavad (ə), imam Hadi (ə) və imam Mehdi (ə).1
● Bəziləri bildirirlər ki, Yəhya adı “Əhdi-cədid” kitabında “Yuhənna” kimi qeyd olunmuşdur.
● Ola bilsin ki, burada səmavi kitab dedikdə Tövrat nəzərdə tutulmuşdur. Çünki həzrət Yəhyaya başqa bir kitabın nazil olması haqqında məlumat yoxdur.
● “Bəqərə” surəsinin 63 və 93-cü ayələrində də göstəriş verilir ki, səmavi kitabdan möhkəm tutun.
● “Hənan” sözü şəfqət və mehribanlıq mənasını bildirir. Allahın Yəhyaya, Yəhyanın Allaha mehri, xalqın Yəhyaya və Yəhyanın xalqa məhəbbəti Allah tərəfindən mehribanlığın bir işartısıdır.
● Allah yolu bütünlüklə mərhəmətdir: Allah Rəhmandır, onun peyğəmbəri və kitabı aləmlərə rəhmət, insanları isə öz aralarında bir-birlərinə mehribandırlar.1
● “Zəkat” dedikdə sədəqə, inkişaf, günahdan paklıq və bərəkət mənaları anlaşılır. Yəhya həzrət Zəkəriyya üçün mübarək hədiyyə, pak və kamil insan nümunəsi idi.
Dostları ilə paylaş: |